Modern.az

Bakıda valideynlər məktəbə buraxılmayacaq

Bakıda valideynlər məktəbə buraxılmayacaq

Aktual

2 Mart 2012, 16:48

Modern.az saytı xəbər verir ki, Bakının bütün orta məktəblərində martın 1-dən 10-dək şagirdlərin valideynləri üçün “Bağlı qapı günləri” elan edilib.
Bakı Baş Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı AzərTAc-a bildirib ki, bu, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlıdır. Məqsəd bayramla əlaqədar şagirdlərin valideynləri arasında narahatlıq və narazılıq yaranmasının qarşısını almaqdır. Belə qərar ilk dəfə qəbul edilib.
“Ümid edirik ki, bu, ictimaiyyətdə orta məktəblərlə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasının qarşısını alacaqdır. Şagirdlərin bayram münasibətilə müəllimələrini təbrik etməsinə qarşı da çıxmırıq, amma orta məktəblərdə hansısa səbəblə pul yığılması yolverilməzdir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!