Modern.az

Jurnalist ermənilərin İsraildə açdığı “oyun”dan danışdı - FOTOLAR

Jurnalist ermənilərin İsraildə açdığı “oyun”dan danışdı - FOTOLAR

Aktual

2 Mart 2012, 18:02

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı fevralın 27-də İsraildə keçirilən tədbirdə iştirak etmiş AzərTAc-ın əməkadşı Xətayi Əzizov konfransı pozmaq istəyən ermənilərin  iyrənc hərəkətləri barədə Modern.az-a danışıb. Jurnalist bildirib ki, hər zaman olduğu kimi, ermənilər bu dəfə də öz simalarını nümayiş etdiriblər:

“Dünyanın bir sıra ölkələrində olduğu kimi İsraildə də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı təbdirlər keçirildi. Bu tədbirlərdən biri də fevralın fevralın 27-də baş tutan İsraildə “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası (Azİz) və Netanya Akademik Kollecinin Strateji Dialoq üzrə S.Daniel Abraham Mərkəzində “İsrail-Azərbaycan Strateji İttifaqı” adlı konfrans idi. Orada təşkil olunan sərgidə Heydər Əliyev Fondunun, Azərbaycan Prezidenti Admnistrasiyasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında, eləcə də Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı kitablar, bröşürlər, audio-video materiallar da nümayiş etdirildi. Bütün bunlar iştirakçılar arasında çox böyül rezonans doğurdu”.

X.Əzizov deyir ki, sərgi keçirilən vaxtı salonda bir neçə nəfər varmış ki, öz aralarımda nə isə danışırmışlar.
“Biz elə bildik ki, bunlar yəhudidirlər və həmin kollecin tələbələridir. Bu baxımdan biz onlara əhəmiyyət vermədik. Sonra konfransın gedişində kollecin nümayəndəsi Yefrain çıxış elədi və çıxışında ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışdı. Konfrans ərəfəsində zalda arxa sırada bir neçə nəfər oturmuşdu ki, onlar yerlərindən replika atır, konfransın işinə mane olmağa çalışırdılar”.

X.Əzizov qeyd edib ki, konfransda iştirak etmək üçün dünyanın bir sıra ölkələrindən gələn nümayəndələr Ermənistanın işğalçılıq siyasətindən danışıblar.

“Konfrans çox yüksək səviyyədə təşkil olunmuşdu, hətta konfransda iştirak eləmək üçün Türkiyədən və eləcə də başqa ölkələrdən alimlər gəlmişdilər. Onlar öz çıxışlarında Azərbaycanla İsrail arasındakı strateji əməkdaşlıqdan geniş söz açdılar, Azərbaycanın bügünkü inkişaf sürətini çox yüksək qiymətləndirdilər. Qeyd elədilər ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı Azərbaycanın çoxşaxəli inkişafına  mane olur. Bu söhbətlər erməniləri daha da qızışdırırdı və onlar daha da çox etirazlarını bildirməyə başladılar” deyən jurnalist bildirib ki, millət vəkili Qənirə Paşayevanın çıxışı da erməniləri qəzəbləndirib:

“Qənirı xanımın çıxışı zamanı arxa sırada oturan erməni qadın yerindən durdu etirazını bildirdi. O Yerusəlimdə məktəb direktoru, həm də erməni icmasının rəhbəri idi. Ermənilər zalda cəhd göstərdilər ki, onlara qarşı təzyiqlər olsun olsun, nəsə xoşagəlməz hadisə baş versin. Əlbəttə ki, onlar qabaqcadan konfransın işinə mane olmağı planlaşdırmışdılar. Hər vəchlə konfransın keçirilməsinin qarşısını almağa çalışırdılar. Onlar zalda hay-küy salmağa başladılar. Hətta İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salmanovaya qarşı həqarət, qeyri-qərəzli münasibət göstərdilər. Amma bütün bunlara baxmayaraq, konfrans çox yüksək səviyyədə keçdi. Ermənilər daha sonra zalı özləri tərk elədilər”.

 

 

 

 

 

 

 

 

 

 



Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir