Modern.az

Deputat Çingiz Qənizadəyə yeni vəzifə verildi

Deputat Çingiz Qənizadəyə yeni vəzifə verildi

3 Mart 2012, 21:14

Ədliyyə Nazirliyinin yanında fəaliyyət göstərən Penitensiar Xidmət üzrə İctimai İctimai Komitənin yeni tərkibi elan olunub. Ədliyyə Nazirliyində keçirilən toplantıda seçki komitəsi komissiyasının yeni üzvlərini açıqlayıb. On nəfər İctimai Komitənin üzvü seçilib. Seçilənlərin içərisində əvvəllərdə bu komitənin üzvü olmuş şəxslər və yeni üzvlər var. Qaydalara görə, səsvermə yolu ilə İctimai Komitənin işini təşkil edəcək bir şəxs İctimai Komitənin üzvləri sırasından koordinator seçilib. Millət vəkili Çingiz Qənizadə İctimai Komitənin yeni tərkibində bir il müddətinə koordinator seçilib.

Toplantıya qatılan ədliyyə naziri Fikrət Məmmədov İctimai Komitənin keçən ilki fəaliyyəti haqqında öz fikirlərini bildirib, yeni komitə üzvləri ilə görüşüb və onlara vəsiqələrini təqdim edib.

 Qeyd edək ki, bu vəsiqə heç bir xəbərdarlıq etmədən, günün 24 saatı ərzində Azərbaycanda olan istənilən cəzaçəkmə müəssisəsinə daxil olmaq və istədiyi məhbusla görüş, monitorinq keçirmək hüququ verir.

 İctimai Komitənin yeni üzvlərinin siyahısı:

 1. Çingiz Qənizadə (koordinator)

 2. Səadət Bənənyarlı

 3. Şahin Camalov

 4. Nazir Quliyev

 5. Elmari Məmişov

 6. Sahib Məmmədov

 7. Əliməmməd Nuriyev

 8. Elçin Salmanov

 9. Zaur Seyidzadə

 10. Zəliha Tahirova

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər