Modern.az

Çexiyadakı səfirimiz Tahir Tağızadəyə film təqdim olunub

Çexiyadakı səfirimiz Tahir Tağızadəyə film təqdim olunub

5 Mart 2012, 16:07

Bu günlərdə Praqada səfərdə olan  “Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli orda bir sıra görüşlər keçirib. “Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisindən verilən məlumata görə, Azərbaycanın Çexiyadakı səfirliyində olan V.Hüseynli səfir Tahir Tagızadə ilə görüşüb.
Görüş zamanı Şərq Tərəfdaşlığında Azərbaycanın rolu, Çexiyadakı Azərbaycan diasporasının fəaliyyəti barədə ətraflı söhbət aparılıb. Görüş zamanı  “Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri V.Hüseynli Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanmış “Kimdir günahkar? “ filminin bir neçə nüxsəsini səfirə təqdim edib. Səfir T.Tağızadə filmin təbliğat üçün yaxşı vasitə olduğunu vurğulayaraq, filmin yaxın aylarda çex xalqına təqdimatında səfirliyin dəstək olacağını bildirib. 

V.Hüseynli Modern.az-a bildirib ki, film çex dilinə tərcümə olunaraq, nümayiş olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir