Modern.az

Atdığımız addımlar qanunidir və Nazirlər Kabinetinin yeni sərəncamını gözləyirik...

Atdığımız addımlar qanunidir və Nazirlər Kabinetinin yeni sərəncamını gözləyirik...

Müsahibə

28 Dekabr 2009, 10:49

MİLLƏT VƏKİLİ, BAKI DÖVLƏT UNİVERSİTETİNİN REKTORU, AKADEMİK ABEL MƏHƏRRƏMOV MODERN.AZ-A MÜSAHİBƏ VERİB

 

- Abel müəllim, Bakı Dövlət Universitetində inzibati metodların gücləndirilməsi mövzusu son günlər ölkə mediasının gündəmini zəbt edib. Universitetdə nələr baş verir?

- İstənilən islahat insandan fədəkarlıq tələb edir. İnsan həyata keçirilən islahatlara razıdırsa, gərək daxilən özündə qüvvə tapıb onun yaxşı nəticələnməsi üçün yardım etməlidir. Əfsuslar olsun ki, bəzən yaşlı adamlar indi də sovet rejimində olduğu kimi fəaliyyət göstərmək istəyirlər. Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev çox çevik siyasət aparır. Təsəvvür edin, 1993-cü ildə erməni təcavüzünə məruz qalan və taleyi məlum olmayan bir dövlət indi sürətlə inkişaf edir. Ona görə dünya institutları bu məsələni hərtərəfli tədqiq edir. Bütün dünyada qəbul edilir ki, Azərbaycanda hüquqi-demokratik dövlət qurulur. Bu isə təsdiq edir ki, biz qanunauyğun inkişaf dinamikasına malikik. İqtisadiyyatımız dünyada öncül ölkələrin iqtisadiyyatları sırasında dayanır. Təbii ki, təhsilmz də buna uyğun olmalı, paralelliyi gözləməlidir. Çünki hər şey iqtisadiyyatla bağlıdır. Digər tərəfdən isə ölkə başçısı alimlər, ziyalılar qarşısında belə bir məsələ qoyub ki, Azərbaycanın iqtisadi gücünü intellektual potensiala çevirək. İntellektual səviyyə isə maarifçilik, dövlətçilik ideologiyası ilə birləşməlidir. Elm, təhsil Azərbaycanda inkişaf etməlidir. Bunun üçün çevik siyasət lazımdır. Təhsilin inkişaf sürəti iqtisadi sütətdən 5-6 il geridə qala bilər. Ancaq aradakı fərqin 20-30 il olması ciddi nöqsan deməkdir. Bizdən asılı omayaraq, Azərbaycan Prezidenti bu istiqamətdə uğurlu islahatlar aparır. Deyərdim ki, dövlət başçısının indiyədək vemiş olduğu üç sərəncamından ikisi elmin, təhsilin inkişafına yönəlib.  Belə sərəncamların hamısı biri-biri ilə üzvi əlaqəlidir.  

Bu gün dünyada elm, təhsil yarışı gedir. Hətta belə fikir var ki, qlobal cəmiyyət qatarına o adam minəcək ki, onun ölkəsində yeraltı, yerüstü xəzinənin sənədi deyil, elmin, təhsilin sənədi göstərilsin. Bu gün bir xalqın, dövlətin mövqeyi 200-dən çox dövlət müstəvisində hərbi gücü, yeraltı sərvəti ilə deyil, intellektual sıviyyəsi ilə ölçülür. Bütün dövlətlərdə düşünürlər ki, müasir dünya ilə ayaqlaşmaq üçün əsgərlərin süngüsünü elmi səviyyə, təhsil əvəz etməlidir. İstəsək də, istəməsək də, bu, belədir. Əvvəllər bir Avropa dövlətindən o birinə gedəndə sənəd tələb edirdilər. İndi belə məsələ yoxdu. Çünki dünya qloballaşır. Ona gərə də anlamalıyıq ki, bizdən asılı olmayaraq bu “sel-su” bizi də özünə qatacaq. Hazır olmalıyıq ki, sel bizi aparan zaman batmayaq.

Ölkə başçısı iqtisadi atrım nətıcısində əldə olunan gəlirlərin əsas hissəsini elmə, təhsilə ayırır. Eyni zamanda, dünya da bu məsələyə xüsusi önəm verir. Gəlin baxaq, bu sahələrə  biz çox vəsait ayırırıq,  yoxsa digər ölkələr? İslahatları biz düzgün aparırıq, yoxsa onlar? Avropanın yeddinci elm çərçivə qanununa uyğun olaraq Avropa Birliyi dövlətləri üçün 52 milyard Avro pul ayrılıb. Elmin inkişafı adlanan bu qanunla qlobal dünyanın məkanını Avropa etmək istəyirlər. Belə bir vəziyyətdə Azərbaycan da elmdə, təhsildə islahatlar aparmalıdır. Bəzən bizdə elə düşüncə yaranır ki, Avropa dayanıb bizi gözləyir, belə deyl, bu məkan bizi qəbul etmir və çox qabağa gedib. Biz onlara çata biləcəyik, ya yox, problem bundan ibarətdir. Hesab edirəm ki, Azərbaycanda elm, təhsil sahəsində aparılan islahatlar buna hesablanıb. Biz ona çatmaq üçün universitetlərdə gün ərzində 2 saat deyil, çox işləməliyik. Çünki biz bu sahəyə 5 manat ayıranda onlar 100 manat ayırırlar. Onların universitetlərinin 500-1000 il tarixi var, bizdə isə bu rəqəm 90-dır. Onda necə etməliyik ki, qlobal cəmiyyətdə özümüzə yer tuta bilək? Ona görə də Prezident Azərbaycanda 3 istiqamətdə islahatlar aparır. Biz də bu islahatların həyata keçirilməsində üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. İndi soruşuram, həftədə 2-3 dəfə universitetə gəlməklə elmi inkişaf etdirmək olarmı? Prezident ölkədə elm, təhsil islahatları aparır. Elmin İnkişaf Proqramı hazirlanıb, Elmin İnkişaf Fondu yardılıb. Təhsilin inkişaf proqramına maliyyə vəsaiti ayrılıb. Bütün bunlar iqtisadi potensialın intellektual resursa çevrilməsi  deməkdir. Bu, islahatlar yolu ilə gerçəkləşə bilər. Bunu hamı başa düşməlidir. Onu da bilmək lazımdır ki, ayrılan maliyyə ilə Avropaya, Amerikaya çata bilmərik. Çünki həmin ölkələr bu sahəyə bizdən qat-qat arıtq vəsait ayırırlar. Biz 500-1000 illik tarixi olan universitetlərin  təcrübəsini Azərbaycana gətirməliyik. Ona görə də Prezidentin digər sərəncamı ilə  beş min azərbaycanlı gəncin həmin ali təhsil müəssisələrində təhsil alıb o mühiti ölkəmizə gətirmələri nəzərdə tutulur. Burada müəyyən məqamlar var. Hesab  edirəm ki, bu insanlar xaricə təhsil almağa universitetlərin sifarişi ilə göndərilməlidir. İndiyədək bu məsələyə toxunulmayıb. Bunu ilk dəfə sizə açıqlayıram. Bir buğdanı əkmirlər ki, bir buğda əldə edələr. Burada məqsəd sünbül əldə etməkdir. Təəssüf ki, xaricdə təhsil alan gənclərimiz qayıdandan sonra öyrəndiklərini tələbələrə verməyə deyil, yaxşı iş tapmağa meyl edirlər. Düzdür, bütün sahələrdə belə mütəxəssislərə də böyük ehtiyac var. Ancaq o mütəxəssisin daha 10 mütəxəssis hazırlaması cəmiyyətimiz üçün daha faydalı olardı. Əks halda, o mühiti Azərbaycana gətirə bilməyəcəyik. Ölkə Prezidentinin də istəyi budur.  Mütləq və mütləq xaricdə təhsil alan gənclərimiz geri döndükdən sonra elm, təhsil müəssisələrində çalışmalıdırlar.

Üçüncü istiqamət isə odur ki, həmin gənclər geri döndükdən sonra onların işləmələri üçün şərair yaradılmalıdır. Bu məsələlərin üçü də Prezidentin sərəncamlarında var. Təbii ki, bizim borcumuz bunu həyata keçirməkdir. Məsələ ondadır ki, bunu edəndə insanlarda narazıçılıq başlayır. - Deyəsən sizdə kafedra müdirləri daha çox narazıdırlar? 

- Hamı çox çaılışmalı, vaxtında işdə olmalıdır. Bu, işin bir tərəfidir. “Təhsil haqqında” Qanunda və Nazirlər Kabinetinin sərəncamında müəyyən olunub ki, kafedra müdirləri əvvəlki kimi deyil, yeni konturlar çərçivəsində kafedra müdirliyi edə bilər. Onlar da səhər saat 9.00-da işə gəlməli, axşam 16.00-17.00-də işdən çıxmalıdırlar. Boş vaxtları olsa, gedib dərs deyə bilərlər. İnzibati modelə keçmişik. Əvvəllər kafedra müdirinin əsas vəzifəsi professorluq idi. Dərsini deyirdi, hərdən də gəlib kafedranın işi ilə məşğul olurdu. İndi elə deyil. Ona görə də

köhnə, hərdənbir görünən adamlar bundan narazıdılar. Halbuki, biz Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin sərəncamlarını yerinə yetiririk. Sovet rejimindən ayrılmışıq, bunu bilmək lazımdır.

- Universitetdə kafedra müdirlərinin bir qismi həm də yüksək vəzifə sahibləridir. Məsələn bu sırada Misir Mərdanov, Əli Nağıyev və başqalarının adlarını çəkmək olar. Onların aqibəti necə olacaq?

- Bu yaxınlarda məsələ ilə bağlı Nazirlər Kabinetinin ikinci sərəncamı çıxacaq. O kateqoriyadan olan adamlar ya universitetdə işləyəcəklər, ya da nüəyyən sərəncamlar olacaq. Həmin sərəncam yaxın zamanlarda olacaq. Açıq deyim, sənəd Nazirlər Kabinetindədir, biz bir aydır ki, onu gözləyirik. Biz qanunla işləyirik, bu işləri özbaşına  etmirik.

- Bəs, yaşlı müəllimlər necə olacaq?

- Yaşlı müəllimlərimiz var. Onlar tanınmış alimlərdir. Onlara böyük hörmətimiz var. Sabah biz də yaşlaşacağıq. Ancaq qanunlar icra olunmalıdır. İstəyiriksə ki, ölkəmiz dünya səviyyəsində elmi, təhsili ilə tanınsın, burada çevik siyasət, çevik insanlar lazımdır. Heç kim heç kimdən inciməməlidir. Gələcəyə Voroşilov, Stalin medalı ilə gedə bilmərik. Bu proses bir-iki nəfərin xətrinə dəyir ki, yaşlıdır, gələ bilmir və sair. Belə adamlar işdən getsinlər, biz onları məcburən saxlamırıq. Onların xidmətləri Prezident tərəfindən qiymətləndirilib, müxtəlif medal, orden və təqaüdlər verilib.

- Bu inzibatçılıq sıravi müəllim heyətinə də  şamil ediləcək?

- Rektor, dekan, kafedra müdiri yerində olursa, təbii ki,

müəllim də işində olmalıdır.

- Elə müəllim var ki, dərsi azdır, o, gün ərzində universitetdə nə etməlidir?

- Bəlamız odur ki, hələ də bunu başa düşə bilmirik. Müəllim tək dərs deməməlidir, kitabxanada olmalı, magistr, aspirant hazırlamalıdır və sairə. Bir müəlim universitetdə bir neçə vəzifəni aparır. İlə böləndə gündə müəllimin 7 saat dərs yükü olur. Onun bir hissəsi müəllimin tədris yükü, bir hissəsi elmi iş, tələbələrlə iş, metodoloji işdir. Hər bir adam bilməlidir ki, pulu nəyə görə alır? Axı hər bir müəlim ildə 1570 saata görə pul alır. Bunun 500 saatı dərsdir. Qalan vaxt isə sadaladığım digər işlərdir. Bunu gənclər başa düşür, yaşlı nəsil isə qəbul etmək istəmir. Bizdə 80-90 yaşında müəllimlər var. Mən hesab edirəm ki, bu yaşda onların universitetə gəlmələri özlərinə zülm vermək deməkdir. Yaşlı nəslə böyük hörmətimiz var.

- Yaşlı nəsillə bağlı nə təklif edirsiniz?

- Azərbaycanda 1800 professor var. Təxminən onların 1200 nəfəri ali məktəblərdə, 600 nəfəri isə Akademiyada çalışır. Hesab edirəm ki, hər il 30 müəllimə aldığı maaş qədər təqaüd ayırmaqla təqaüdə göndərmək lazımdır. Bu, elə də böyük vəsait tələb etmir. Bilirsiniz, onları niyə işdən çıxara bilmirik? Deyirlər ki, maaş almasalar dolana bilməyəcəklər.

- Nazirlər Kabinetinin gözlənilən sərəncamında bu məsələ də əksini tapacaqmı?

- Məndə olan məlumata görə, bu məsələlər sərəncamda həllini tapacaq. Biz bunu nigarançılıqla gözləyirik.

- Belə demək olarmı ki, bundan sonra BDU-nun müəlimi başqa bir ali təhsil müəssisəsində dərs deyə bilməyəcək?

- Əlbəttə, belə olmalıdır. Bəs qlobal cəmiyyətə necə

çatmalıyıq? Tələbənin elmi mühiti barədə də düşünməliyik. Filan şeyi öyrən, cavab ver, vəssalam. Bu, doğru deyil. Elə etmək lazımdır ki, müəllimlə tələbə gecə-gündüz işləsin.

- Bu günə qədər işdən getməklə baglı sizə neçə ərizə daxil olub?

- Cəmi bir ərizə daxil olub. Sonra isə həmin ərizə sahibi deyib ki, ərizəyə baxmayaq, hələ düşünür. Hesab edirəm ki, universitetdə çalışanlar qanunlara əməl etməlidirlər.

- Müəllimlər bu qayda-qanun müqabilıində aylıq məvaciblərinin azlığından gileylənirlər...

- Azərbaycanda ali təhsil müəssisələri arasında ən yüksək maaşı BDU verir. Bir məsələni də qeyd etməliyəm ki, cəmiyyətimizdə elə insanlar var ki, inkişaf prosesini əngəlləmək istətəyirlər. Bu adamların sayı 2-3 nəfər olsa da, mətbuat daha çox onlara yer verir.

- Bu prosesə ilk olaraq siz başladınız, digər universitetlərdə də bu proses baş tutacaqmı?

- Bilirsiniz, burada ölkə başçısının siyasətini başa düşüb hərəkət etmək lazımdır. Mən universitetdə 35 ildir çalışıram və hər kəslə münasibətlərin yaxşı olmasının tərəfdarıyam. Belə də olacaq. Bununla belə, inzibatçılığı qorumağa çalışmışam. Dövlətin siyasətini dərk edən və milli təəssübkeşlik müstəvsisndə düşünən adamam. Bu gün akademik Abel Məhərrəmov bunu etməsə, o, bunu özünə bağışlamayacaq. Hər birimizdə milli təəssübkeşlik olmalıdır. Mən də sakit, problemiz yaşamağa üstünlük verə bilərəm. Ancaq bunu kimsə eləməlidir. BDU-nun 90 illiyində Prezident tərəfindən 107 nəfərə mükafat verildi. Bu o deməkdir ki, mən sizə qiymət verirəm, siz də mənə dəstək verin. Biz dünya səviyyəsinə canımızı qoymaqla çata bilərik, canımızı qorumaqla buna nail olmayacağıq. Mən ilk növbədə özümü elm adamı hesab edirəm. Atdığım addımın nəticəsini də bilirəm.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı