Modern.az

Elmar Məmmədyarov GUAM-ın iclasına sədrlik edib

Elmar Məmmədyarov GUAM-ın iclasına sədrlik edib

5 Mart 2012, 18:17

5 mart 2012-ci il tarixində Çexiya Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi altında GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib. Bu barədə Modern.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

İclasda GUAM-a sədrlik edən Azərbaycan Respublikasının 2012-ci ildə GUAM-da sədrliyinə dair “Azərbaycan Respublikasının Sədrlik Proqramı”na xarici işlər nazirləri tərəfindən baxılıb və milli əlaqələndirmə Şurasına növbəti iclasında Proqramın icrası üçün fəaliyyət planı hazırlamaq tapşırılıb.

XİNŞ-in iclasında “GUAM ölkələrinin BMT, ATƏT, Avropa Şurası və Vyanada yerləşən digər beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə dair Plan”ının razılaşdırılması barədə  razılıq əldə olunub.

XİNŞ Azərbaycan Respublikasının ATƏT-lə əlaqələri intensivləşdirmək və GUAM-ın Baş katibinin Vyanaya səfərinin təşkil olunması, eyni zamanda, ATƏT-in Daimi Şurasında çıxış etməsi təşəbbüsünü alqışlayıb.  XİNŞ eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv ölkələrin əməkdaşlıq və əlaqələndirmə məsələlərini müzakirə edib.

Xarici işlər nazirləri Azərbaycan tərəfinə Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi ilə bağlı təşəbbüsünə görə təşəkkür ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir