Modern.az

Aşura günü Azərbaycanda 2773 nəfər 1,2 ton qan verib

Aşura günü Azərbaycanda 2773 nəfər 1,2 ton qan verib

28 Dekabr 2009, 11:30

Dekabrın 28-də Aşura günü ilə əlaqədar qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsindən Modern.az-a verilən məlumata görə, aksiyalar Bakı şəhərində yerləşən «Təzə pir», «Şah Abbas», «Cümə», «Mirmövsüm Ağa», «Qaraçuxur», “Göy məscid” (Əjdər bəy), “Bibiheybət” məscidlərində, həmçinin Sumqayıt, Gəncə, Masallı, Lənkəran, Cəlilabad şəhərlərindəki məscidlərdə və ET Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankında keçirilib. Aşura günü ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 2773 nəfər könüllü olaraq qan verib, nəticədə 1200 litr (1,2 t) qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Tibbi Yardımın Təşkili şöbəsindən verilən məlumata görə, keçən il Aşura günündə 2137 nəfər könüllü olaraq qan verib, 1110 litr (1,1 t) qan tədarük olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir