Modern.az

Çix, get, Akif Nağı!

Çix, get, Akif Nağı!

Aktual

6 Mart 2012, 09:15

Ötən bazar millət vəkilləri, icra başçıları və  20 jurnalistin Xocavənd rayonunun Nərgiztəpə ərazisinə getmələri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağını bərk əsəbləşdirib. O, bu səfərlə bağlı dünən bəyanat verib.

Bəyanatının hər kəlməsini təhqir üzərində kökləyən bu şəxs “vətənpərvərlik” nümayiş etdirərək Nərgiztəpəyə gedənləri ermənilərə işləməkdə, milli maraqlara zərbə vurmaqda və xəyanətdə suçlayıb. Dünyanın ən ağır ittihamlarını səfərə gedənlərə ünvanlayan A.Nağı bəyanatında yazır ki, "bir dəstə jurnalistin Dağlıq Qarabağa, erməni işğaçılarının hüzuruna yola düşməsi növbəti rəzalətdir. Bu adamlar ləyaqət və şərəf hissini tamamilə itiriblər". 

Nərgiztəpəyə səfər edən jurnalistlərdən biri cənab Akif Nağı ilə söhbət edib. Məlum olub ki, ixtisasca tarixçi olan və adında "Qarabağ" sözü olan bir quruma rəhbərlik edənin xəbəri yoxmuş ki, bizim getdiyimiz ərazi - Nərgiztəpə ermənilərin işğalı altında deyil, Azəbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsl rəzalət budur, ay Akif Nağı!!!

Digər acınacaqlı məqam da o oldu ki, Akif Nağı kimi düşünən bir neçə media orqanı bu rəzalətə bulaşıq bəyanatı yayımladılar. Bu da ikinci rəzalət!!!

Akif Nağının bəyanatına onun kimi sicilləmə bir cavab vermək niyyətimiz yoxdur. Çünki bu bəyanatı ilə adam özünü birdəfəlik və biabırcasına ifşa etdi. Özünün iş prinsiplərini, necə işlədiyini cəmiyyətə göstərdi.

Yalnız onu deyə bilərik ki, belə bəyantdan sonra abırı olan adam cəmiyyət içinə çıxmaz. Qarabağ Azadlıq Təşkilatı adlı quruma rəhbərlik iddiasından ömürlük vaz keçər. Başını müalicə etdirər. Ən azında isə sakitcə çıxıb gedər.

Çıx get, Akif Nağı!!!

Parlament Jurnalistləri Birliyinin üzvləri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır