Modern.az

Azərbaycanlı deputatlar iraqlı nazirlə görüşüblər

Azərbaycanlı deputatlar iraqlı nazirlə görüşüblər

Aktual

6 Mart 2012, 10:36

Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva və millət vəkili Etibar Hüseynov Azərbaycanda səfərdə olan İraqın Əyalət Məsələri üzrə dövlət naziri Dr. Torhan M.Əl-Müfti ilə görüşüblər. İslam Əməkdaşlıq Təşkilatı üzv-dövlətlərinin beyin mərkəzlərinin Bakıda keçirilən III forumunda iştirak etmək üçün Azərbaycana  ilk dəfə səfər etməsindən məmnunluq duyduğunu ifadə edən iraqlı nazir Azərbaycanda dinamik iqtisadi inkişafın şahidi olduğunu bildirib. Azərbaycanı qardaş ölkə adlandıran İraqın dövlət naziri İraqın Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsində, strateji əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib. O həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva və Etibar Hüseynov da Azərbaycanın  İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.

Qənirə Paşayeva ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib. O bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirib.

Görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, iki dövlət arasında münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir