Modern.az

Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir

7 Mart 2012, 10:53

Modern.az xəbər verir ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşinb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən tərəfi martın 6-da saat 11:00-dan 11:15-dək, 11:50-dən 12:05-dək, 14:00-dan 14:15-dək, 16:30-dan 16:55-dək və 22:10-dan 22:20-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15:05-dən 15:20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:20-dən 16:50-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən zərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir