Modern.az

Deputat Ermənistanın “Eurovision-2012”yə gəlməməsinə münasibət bildirdi

Deputat Ermənistanın “Eurovision-2012”yə gəlməməsinə münasibət bildirdi

Aktual

7 Mart 2012, 14:03

Ermənistan bu ilin may ayında Bakıdada keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə nümayəndə göndərməkdən rəsmən imtina edib.

Məsələyə Milli Məclisin deputatı Fuad Muradov münasibət bildirərək deyib ki, burada gözləniilməz bir şey yoxdur:

“Ermənistan həmişə arxa qapıdan qaçır. Bu mövqe həmin siyasətin tərkib hissəsidir. Bunun digər səbəbi isə Ermənistan rəhbərliyinin Azərbaycandakı inkişafı ermənilərə göstərməmək siyasətidir. Ermənistan rəhbərliyi yaxşı anlayır ki, Bakını canlı yayımla izləyən ermənilər Bakıdakı quruculuq işlərini görəcəklər. Təbii ki, bu, Ermənistan rəhbərliyi üçün arzuolunan deyil. Ona görə də onlar bu yolu tutdular.
Çünki Ermənistan nümayəndəsinin Bakıda keçiriləcək bu yarışmaya qatılmasını Azərbaycanda əngəlləyəcək heç bir məqam yoxdur. Bütün iştirakçıların təhlükəsizliyinə də tam təminat verilib”.

Deputat diqqəti başqa bir məqama da çəkib: “Biz hər zaman Ermənistanın beynəlxalq qurumlarla əməkdaşlığında  belə məsələlərlə rastlaşmışıq ki, sanki bu dövlət onları ələ salır. İndi də eyni münasibət Avropa Yayımları Birliyinə göstərildi. Mənə elə gəlir ki, beynəlxalq qurumlar bu məsələdən axır kii, ibrət dərsi götürməlidir".

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?