Modern.az

İnsanlığın qadın üslubu

İnsanlığın qadın üslubu

8 Mart 2012, 14:39

Safruh

Ocağın qadına münasibəti idealdır. Qadın – insanlığın qadın üslubudur. Kişi – insanlığın kişi üslubudur. Nəticə isə ruhanilikdir. Bu nə deməkdir? Qadın deyir: “Ərim hara daş qoysa, mən ora baş qoyaram”.

***

Aristotel hərəkətin səbəbini cazibədə görürdü. Qadın ruhani cazibədir, o, ruhani hərəkətin səbəbi deməkdir. O, qeyri-ruhani hərəkətin səbəbi olanda qadın olmur – dişi fərd olur. Ruhani cazibəsinə görə qadın ən ali tərbiyəçidir. Kor-kobud kişi belə qadının ruhani cazibəsindən ipək kimi yumşalır.

***

Qadın və kişi bərabər ola bilməz. Qadının haqqı çox olmalıdır, ona çox verilməlidir. Niyə? Kişi onu qadın kimi görmək istəyirsə, onun sellər-sularla, toz-torpaqla uğraşmasını istəməməlidir. Bu, kişinin qadının boynuna qoyduğu minnət deyil, onun ruhani cazibə qarşısındakı insani borcudur.

***

Dünyaya uşaq gətirəndə qadın ölüb-dirilir. O, özü bu ölümü duyur. Balasını doğan kimi isə üzü gülür. Onda indicə doğduğuna ruhani münasibət yaranır. Bu, izahedilməz mənzərədir. Doğduğuna məsulluqdan isə bütün yaşamını ondan asılı edir. Bu isə analıq duyğusudur.   Ona görə də qadına çox güclü ağıl gərəkdir. Təbiət ona gözəllik, cazibə verir, ancaq çox vaxt ağlın azlığından analığını, gözəlliyini, zərifliyini itirir.

***

Öz həyat yoldaşın olduğu halda başqa bir qadınla dilxoşluq etmək – insani eybəcərlikdir. Burada heç cür həqiqət və ləyaqət ola bilməz. Əgər “burada da həqiqət və ləyaqət var” demək mümkündürsə, onda o qadın – insan deyil. Yəni fərd deyil, onun mənliyi yoxdur. Kişi onun mənliyini öldürüb, alçaldıb. Qadın da bunu naxırda bir erkəyin bütün dişiləri mayalandırması kimi təbii qəbul edirsə, bu, qadının heyvanlaşmasıdır. Ona “insan” demək olmur, onu ilahiləşdirmək lazım ikən.

***

İnsan biologiyaya qayıdır. Bir yazımda yazmışdım ki, adamın içindəki heyvan başa düşüb ki, tarix boyu ruhaniyyatçılar, mənəviyyatçılar onu aldadıblar. İndi həmin heyvan ayıldığından ruhaniyyatı və mənəviyyatı ataraq öz bioloji həyatına qayıdır. Bu, çox ciddi problemdir. Ona görə ki, insan – insan olmaq istəmir! O, bunu açıq demir. Çünki “hevyanam” deyə bilmir, heyvanın pis şey olduğunu anlayır. Amma onun içi heyvanlığa doğrudur. Çağımızda bu, sürətlənir. Axı Freyd demişdi ki, “buraxın insanları heyvanlar kimi yaşasın”. Avropada və Amerikada Nitsşeçilik, Freydçilik əsas dünyabaxışdır. Onların tələbi isə zor və seksdir. Ona görə də orada ailə yoxdur! Bunun çözümü üçün dünya səviyyəsində Qarabaşlığın – sülənti kişiliyin intiharı gərəkdir!

***

Qadının doğruçu dəyərini bilməkdən ötrü yeni insanlar yaranmalıdır. Yoxsa Yer üzündə heyvani münasibətlər hakim olacaq. Heyvani münasibətlər imtina tələb eləmir, hər şeyin təbiətdə olduğu kimi qalmasını istəyir. Belə davranışlar az yemək və qalanını da başqasına saxlamaq tələb eləmir. Heyvan sonrakı çətinliyi nəzərə almır. İndi burada bitən otu yeyir və yatır. Əgər o yanda ot bitəcəksə yeyəcək, tapmasa öləcək.

***

Dünyada qadınla bağlı problemlərin yaranmasının başlıca səbəbkarı kişidir. Çünki təbiətən kişi qadından güclüdür. Münasibətləri əyən də, düzəldən də odur! Ancaq biz onu da unutmuruq ki, sülənti qadınlar sülənti kişilərdən heç də az deyil. Bütövlükdə isə süləntiliyin heç bir bəraəti yoxdur. Təkcə mənəviyyat baxımından yox, elə bioloji baxımdan da.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu