Modern.az

Gənclər üçün müsabiqə keçirilir

Gənclər üçün müsabiqə keçirilir

28 Dekabr 2009, 15:50

Gənclər üçün Təhsil Mərkəzi İnternational Exchange Center ilə birgə “Work and Travel USA proqramı gənclərin gözü ilə” adlı video rolik müsabiqəsi elan edib.

Əsas məqsədi gənclərin “Work and Travel USA proqramı” haqqında məlumatlılığını artırmaq və onların bu proqramda iştirakını təşviq etmək olan müsabiqə bu gündən başlayaraq, 2010-cu ilin yanvar ayının 10-dək davam edəcək.

Sonuncu kursların tələbələri istisna olmaqla, bütün tələbələrin qatıla biləcəyi müsabiqəyə video roliklər müəyyən edilmiş şərtlər əsasında qəbul ediləcək.

Müsabiqənin nəticələri 5 yanvar 2010-cu ildə açıqlanacaq və ilkin 3-lüyə aşağıdakı mükafatlar təqdim ediləcək:

1-ci yer: ABŞ-da pulsuz olaraq Work and Travel USA proqramında iştirak;

2-ci yer: Xarici müəllimlər tərəfindən Bakıda 2 aylıq pulsuz ingilis dili kursu;

3-cü yer: Xüsusi hədiyyə.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir