Modern.az

Sarkozi: “Seçkilərdə uduzsam, siyasətdən birdəfəlik gedəcəm”

Sarkozi: “Seçkilərdə uduzsam, siyasətdən birdəfəlik gedəcəm”

9 Mart 2012, 11:16

Fransa prezidenti Nikola Sarkozi seçkilərdə uduzacağı təqdirdə siyasətdən gedəcəyini bəyan edib. Modern.az bildirir ki, o bu barədə RMC radiosuna müsahibəsi zamanı deyib. Sarkozi bununla yanaşı qeyd edib ki, o seçkilərdə qələbə çalmaq üçün axıra qədər mübarizə aparacaq.

  Dinləyicinin canlı yayında “məğlub olsanız siyasəti tərk edəcəksinizmi” sualına Sarkozi tərəddüd etmədən “hə” cavabını verib. “Əgər mənə bu sualı yenə versəniz, mən yenə “hə” cavabını verərəm”-deyə Sarkozi jurnalistə bildirib.  Sarkozi qeyd edib ki, siyasətdən getdikdən sonra nə ilə məşğul oacağı barədə hələ düşünməyib.    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub