Modern.az

Avropada demokratiya böhranı: deputatlar Parisə gedir

Avropada demokratiya böhranı: deputatlar Parisə gedir

Aktual

9 Mart 2012, 18:31

Martın 9-dan 14-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin, Monitorinq, Siyasi işlər və demokratiya, həmçinin Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək. 

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbbuat xidməti məlumat verib. Parlamentdən bildiriliib ki,  tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

 

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.

 

İclaslarda Avropa Şurası və Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı, milli azlıqların insan hüquqları, Qazaxıstanda keçirilən erkən parlament seçkilərinin nəticələri, Rusiyanın AŞ qarşısındakı öhdəliklərini yerinə yetirməsinin vəziyyəti, Azərbaycana, Ermənistana, Macarıstana, Bosniya və Herseqovinaya, Moldovaya faktaraşdırıcı missiyaların səfərlərinə dair hesabatlar, Avropada demokratiya böhranı, fəal vətəndaşlıq institutunun inkişafı, dini icmalara qarşı qanun pozuntuları, Suriyada vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq.

 

Tədbirlərdə Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı