Modern.az

Azərbaycan və Xorvatiya prezidentləri təkbətək görüşüblər

Azərbaycan və Xorvatiya prezidentləri təkbətək görüşüblər

12 Mart 2012, 14:15

Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, martın 12-də  rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç ilə birgə görüşü olub.

Daha sonra  Prezident İlham Əliyev və Xorvatiyanın Prezidenti İvo Yosipoviçin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Xorvatiyanın Prezidenti İvo Yosipoviçin Azərbaycana rəsmi səfərini iki ölkə  arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.

Tərəflər arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında saziş, həmçinin gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalanıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir