Modern.az

Türkiyə xarici işlər nazirinin xanımı Bakıda danışdı

Türkiyə xarici işlər nazirinin xanımı Bakıda danışdı

Aktual

12 Mart 2012, 15:03

Modern.az xəbər verir ki, millət vəkili Məlahət İbrahimqızının dəvəti ilə Azərbaycana gələn Türkiyə xarici işlər nazirinin həyat yoldaşı Sara Davudoğlu “Analığın qorunması minilliyin ən əsas məqsədidir: Repoduktiv sağlamlıq və bioetika” mövzusunda bu gün keçirilən konfransda çıxış edib. O, Türkiyə ilə Azərbaycan arasında səhiyyə sahəsində aparılan uğurlu əməkdaşlıqdan geniş söz açıb. Türkiyəli qonaq qeyd edib ki, gündəliyə salınan mövzularla bağlı Azərbaycan daim Türkiyə təcrübəsindən istifadə edə bilər. S.Davudoğu uşaq və ana ölmünün, sonsuzluğun qarşısının alınması üçün Türkiyədə ciddi işlərin görüldüyünü bildirib.

“Bu istiqaqmətdə Türkiyədə çox ciddi işlər gedir, geniş addımlar atılır. Hazırda Türkiyədə uşağın ana bətnində olanda onun cinsiyyətinin yoxlanılması qadağan edilib. Bu ciddi bir məsələdir. Hesab edirəm ki, siz də doğru addım atmısınız. Bundan başqa Türkiyədə nikahdankənar uşaq dünyaya gətirmək də yasaqdır. Bunu dövlət birmənalı olaraq nəzarətə alıb. Odur ki,atılan addımlar yaxşı nəticələr verir”-deyə S.Davudoğlu əlavə edib.  

Qeyd edək ki, tanınmış ictimaiyyətçi və dünyanın ən ağır və fövqaladə vəziyyətli ölkələrində qadınlara tibbi və hamanitar fəaliyyət göstərən Sara Davudoglu konfransda Türkiyədən gələn nümayəndə heyətinə rəhbərlik edir.
Xatırladaq ki, tədbir 12 və 13 mart tarixində keçiriləcək.  


 

Modern.az    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?