Modern.az

Çərşənbələr barədə nə bilirik?

Çərşənbələr barədə nə bilirik?

Aktual

13 Mart 2012, 10:32

Bu gün sonuncu, Torpaq çərşənbəsidir. Bu çərşənbə özündən əvvəlkilərdən daha təmtəraqlı keçirilir.

Novruzun qapının lap astanasında olmasını xəbər verir.

Bu  əziz bayramı hər bölgə öz adət və cibinə uyğun  olaraq keçirir. Ən  əsası  isə 21 mart tarixi hər birimizin evində xüsusi sevinc havası yaradır.

Bəs Novruzun və çərsənbələrin  tarixi haqqında nələri bilirik?

Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru, folklorşünas  Kəmalə İslamzadə bu barədə modern.az-a danışıb: “Novruz bayramından bir ay əvvəl biz dörd çərşənbəni qeyd edirik və bu çərşənbələrin də  hərəsi bir məsələyə həsr olunub. Su,od, yel, torpaq”.

Folklorşünas deyir ki, çərşənbə axşamlarının məhz bayram kimi qeyd olunmasının bir sıra səbəbləri var. “Bu fikirlərdən biri budur ki, eramızdan 487 il qabaq şərq alimləri ilin gunlərini, həftələrini, aylarını  ifadə edən bir təqvim haazırlamağa çalışırmışlar və təqvim hazır olan gün çərsənbə axşamına təsadüf etdiyindən ilin son çərşənbəsini təntənə ilə qeyd edən adət yaranıb. Digər tərəfdən isə çərşənbə axşamları ağır gün kimi də qələmə verilir və həmin gün də şər ruhları  razı salmaqdan ötrü insanlar bütün qüvvələrini səfərbər edərək, onları bol süfrəylə, şadlıqla qarşılamağa çalışırmışlar.  Həmin gunü xətasız, bəlasız ötüşdürməyə cəhd göstərirmişlər və bu çərsənbə adəti də oradan qalıb”. Çərşənbələrin sırası ilə də bağlı  müxtəlif fikirlər mövcuddur. Müsahibimizin sözlərinə görə, folklorşünas Azad Nəbiyevin təqdim etdiyi çərşənbə sırası daha ağlabatandır. Bu sırada birinci yerdə od, su,  yel sonra torpaq gəlir. Bu isə onunla izah olunur ki, dünya əvvəlcə başdan-başa su ilə örtülü olub, sonradan günəşin istisi suyu buxarlandırıb.Yel isə  həmin prosesi bir az da sürətləndirib və nəhayət, torpaq görünübb.  Torpaq çərşənbəsinə el arasında yer çərsənbəsi də deyirlər. Torpaq çərsənbəsində müəyyən ayinlər, mərasimlər həyata keçirilir.Qədim insanlar əvvəllər bir lağım atardılar və  həmin lağımın iki tərəfdən çıxmağa yer olardı. Lağımın içərisindən keçərkən insanlar onun divarlarına toxuna-toxuna keçərdilər və o biri başından çıxardılar. Bununla insanlar hesab edərdilər ki,onlar torpaqdan halallıq alırlar və bütün günahlarını, azarlarını köhnə ildə qoyurlar. Torpaqla bağlı “cütçu mərasimi” də var ki, bu da  torpağı oyatmaq, diksindirmək məqsədilə həyata keçirilir.

Novruz bayramının tarixi kökləri təbiət hadisələrinə söykənir.

Kəmalə İslamzadə qeyd edir ki, Novruzun tarixinə dair müxtəlif fikirlər var: “Bu bayramı  zərdüştlük  dini ilə əlaqələndirənlər də olub, İslam dini ilə bağlıyanlar da. Amma bu bayram hər iki dindən əvvəl mövcud olub və dini təsəvvürlərlə deyil, təbiət və fəsil anlayışları, zaman və əkinçilik vərdişləri, bolluq və firəvanlıq arzusu ilə əlaqəlidir. İnsanlar soyuq qışdan qurtularaq, ruzi, bərəkət, xoş günlər vəd edən yazın gəlişinə sevinmiş, onun şərəfinə oyun, ayin və nəğmələrlə bəzənmiş bayram etmişlər”.

Folklorşünasin sözlərinə görə, bəzən Novruz Bayramı Həzrət Əlinin taxta çıxdığı gün kimi də qələmə verirlər. “Həzrət Əlinin  həmin gün taxta çıxması mümkündür, lakin tarixi mənbələr bu bayramın islamdam cox-çox əvvəl qeyd olunduğunu sübut edir”

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir