Modern.az

Sən demə küçə uşaqlarının əksəriyyəti toksikomanıymış

Sən demə küçə uşaqlarının əksəriyyəti toksikomanıymış

13 Mart 2012, 11:51

Modern.az saytına açıqlqma verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə deyib ki, işlədikləri uşaqların əksəriyyətinin ən böyük problemləri onların toksikomanlıq etməsidir.
“ Toksiki maddələr – kley, aseton, benzin iyləyərək hallanırlar. Eyni zamanda əksəriyyəti siqaret çəkir. Bunun qarşısını almaq isə çox çətindir. Bundan əlavə küçə uşaqlarının ən çox qarşılaşdığı xəstəliklər sırasına vərəm, astmatik bronxit, qoturluq, cinsi yolla keçən xəstəliklər, iltihabi yaralar daxildir. Sanitar-gigeynik qaydalara əməl olunmaması,  zərərli vərdişlər, şəraitsizlik küçə uşaqlarında bu xəstəliklərin yayılmasına şərait yaradır ”.
Kəmalə Ağazadə onu da bildirib  ki, dövlət qeydiyyatı olmayan küçə uşaqlarının  müalicə edilməsi də problemli olur.
“Dövlət xəstəxanaları doğum  haqqında şəhadətnamələri, qeydiyyatı olmayan uşaqları müalicə etməkdən imtina edir. Bundan əvvəl, belə bir problemlə qarşılaşmışdıq. Həbsxanadan çıxan gənc vərəmə yoluxmuşdu. Sənədi olmadığına görə onu xəstəxanaya yerləşdirməkdə çətinlik çəkdik. Dərmanlarını alıb küçədə vururduq. Keşən il 3 belə hadisə olub. Yalnız təşkilatımızın müraciəti əsasında  vərəmə yoluxmuş qeydiyatsız  uşaqlar xəstəxanaya qəbul edildilər. Nə olsun ki, sənədi yoxdur? Biz gözlüyə bilmərik ki, sənədini düzəldib sonra xəstəxanaya yerləşdirək. Çünki bu xəstəliklər təxirəsalınmadan müalicə olunmalıdır.  Ancaq  onu da vurğulamalıyam ki, qeydiyyatı olan baxımsız şəratdə yaşayan uşaqlar problemsiz dövlət xəstəxanalarında müayinə olunur, onlara dərman pereparatı verilir, vərəmə yoluxubsa, xəstəxanada tam müalicə olunur”.

Şahanə Rəhimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir