Modern.az

Bakıda yenə qar yağacaq

Bakıda yenə qar yağacaq

13 Mart 2012, 13:22


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Modern.az-a verilən məlumata görə, martın 15-dən 18-dək Bakıda və eləcə də bölgələrdə hava şəraiti yenidən qeyri-sabit keçəcək,  fasilələrlə yağıntı olacaq, bəzi yerlərdə sulu qar və qar yağacaq.

Havanın temperaturu bu günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək. Bakı və Abşeron yarımadasında və rayonlarda şimal-qərb küləyi güclənəcək.

Məlumatda qeyd edilib ki, bu gün və sabah gün ərzində nisbətən mülayim hava şəraiti davam edəcək. Cənub küləyi üstünlük təşkil edəcək. Bu gün axşam, sabah səhər və axşam saatlarında Bakı və Abşeron yarımadasında və rayonlarda bəzi yerlərdə havanın dumanlı olacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?