Modern.az

“Eurovision”la bağlı Bakıda qiymətlər bahalaşacaq

“Eurovision”la bağlı Bakıda qiymətlər bahalaşacaq

13 Mart 2012, 13:39

İqtisadçı ekspert Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, bu ilin mayında Bakı keçiriləcək “Eurovision 2012” Beynəlxalq Mahnı müsabiqəsi ilə bağlı paytaxtda bir çox sahələrdə ciddi qiymət artımı müşahidə olunacaq. Ekspertin fikrincə, qiymət artımı daha çox mənzillərin və otelllərin kirayə haqlarına təsir göstərəcək:

““Eurovision” müsüabiqəsi ilə bağlı Bakıda kirayə mənzillərə təlabat xeyli artacaq. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün xarici ölkələrdən gələn insanların sayı çox olacaq, bundan savayı, həmçinin Azərbaycanıın bir çox rayon və şəhərlərindən də müsabiqəni izləmək üçün çoxsaylı tamaşaçı kütləsinin də paytaxta gələcəyi istisna edilmir. Bu baxımdan kirayə mənzillərə təlabatın olduğunu görən mənzil sahibləri kirayə haqlarını artıracaqlar. Mən hesab edirəm ki, qiymət artımı Bakının mərkəzində yerləşən mənzilllərdə daha çox müşahidə olunacaq”.

V.Bayramov qeyd edib ki, kirayə mənzillərlə yanaşı otel, restoran və kafelərdə də xidmətlər bahalaşacaq.  Ekspert hesab edir ki, qiymət artımının olması heç də təsadüf olmayacaq, çünki müsabiqənin keçirildiyi digər ölkələrdə də bu bahalaşma olur.

“Kirayə mənzillərlədn başqa, digər sektorlarda da qiymət artımının olacağı qaçılmazdır. Kafelərdə, otellərdə, restoranlarda qiymətlər bahalaşacaq. Bu artım daha çox mərkəzi zonalarda yerləşən obyektlərdə müşahidə olunacaq. Sözsüz ki, “Eurovision” keçirilən günlərdə qiymət artımının olması təbiidir. Amma bütün hallarda bu qiymət artımları uzun çəkməyəcək. Müsabiqə başa çatdıqdan sonra qiymətlər yenidən əvvəlki səviyyəsinə enəcək. Qeyd edim ki, qiymət artımı mağazalarda satılan ərzaq məhsullarına təsir etməyəcək”-deyə ekspert əlavə edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?