Modern.az

Yazıçı Faiq İsmayılovun evinə basqın edilib

Yazıçı Faiq İsmayılovun evinə basqın edilib

14 Mart 2012, 11:15

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının  sədri, yazıçı publisist Faiq İsmayılovun evinə basqın edilib. Bu barədə Modern.az-a onun rəhbərlik etdiyi təşkilatdan məlumat verilib.

“Hadisə martın 13-də gündüz saat 15.00 radələrində baş verib. 15 nəfər gənc, evin hasarından aşaraq həyətə daxil olublar. Özlərini mühafizə xidməti işçiləri kimi təqdim edən bu insanlar hücum çəkərək heç bir rəsmi sənəd təqdim etmədən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək F.İsmayılovun evini sökməyə başlayıblar”-deyə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatından bildirilib.

F.İsmayılov işdə olduğundan oğlu, yoldaşı və baldızı bu şəxslərə mane olmaq istərkən, yazıçının ailə üzərlərinə hücum çəkənlər onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib təhqir ediblər.

F. İsmayılov isə deyib ki, 20 il yaşadığıöz şəxsi evində  ailəsinin ləyaqət və şərəfini alçaldan bu şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün qanuna müvafiq tədbirlər görülməsini tələb edəcək. 
”Onlar evimin qabaq hissəsini yarıya qədər söküblər, su xəttimizi və elektirik xəttimizi sıradan çıxararaq mənə xeyli miqdarda maddi mə mənəvi ziyan vurublar. Onların bir neçəsinin telefonla çəkilmiş şəkilləri var, istifadə etdikləri minik avtomobillərinin ikisinin nömrəsini bilirik: 90AU 293,  10 JM 668”

F.İsmayılov qısa müddətdə Respublika Daxili İşlər Nazirliyinə və Xəzər rayon Prokrorluğuna müraciət etmək fikrindədir.

Modern.az saytının məlumatına görə, Faiq İsmayılov, uzun illərdir ki,  Azərbaycanın  işğal olunmuş ərazilərdəki mədəni dəyərlərinin qorunması, müdafiəsi, eləcə də Azərbaycanın mədəni dəyərlərinin məhvinə yönəlmiş antihumanist hərəkətləri ifşa edilməsinə və Azərbaycanın mənəvi dəyərlərinin qorunmasına və təbliği üçün çalışır. Bu istiqamətdə 4 kitab və 50-dən çox məqalənin müəllifidir.


Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir