Modern.az

Maştağada fövqəladə vəziyyət – FOTOLAR

Maştağada fövqəladə vəziyyət – FOTOLAR

14 Mart 2012, 13:38
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki yollarda qrunt suları ciddi problemlər yaradıb. Bunu Modern.az-a açıqlamasında 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev deyib. O qeyd edib ki, problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti  ilə, “Azərsu” ASC-lə, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları ilə əlaqə saxlanılıb.

E.Quliyev hazırda kənd qəbristanlığının, sakinlərin həyətlərinin, kəndarası yolların qrunt suları  altında qaldığını vurğulayıb.
”Bu da onunla bağlıdır ki, son vaxtlar daha çox yağıntılar oldu və nəticədə qrunt suları qalxdı”.
Deputat qrunt sularının qarşısının alınması üçün müəyyən işlərin görülməsini vacib sayır:

“Hesab edirəm ki, ən optimal variant suyun kollektorlarla Hövsan istiqamətindən dənizə axıdılmasıdır. Maştağada “Dərə Məhəllə”  adlı yerdə problem daha qabarıq şəkildə özünü göstərir.
"Bütün dövlət qurumları ayağa qalxmalıdı. Mən bu problemlə bağlı martın 16-da hökümətin Milli Məsclisə hesabatı zamanıda məsələ qaldıracağam. Bunu həll etmək lazımdır, insanlar orda dözülməz vəziyyətdədilər və eyni zamanda qəbristanlığın dağıması da yolverilməzdi”.  

 

 

 

 

 

 


Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi