Modern.az

Baş həkim: “Ruhi xəstəlik cavanlaşır”

Baş həkim: “Ruhi xəstəlik cavanlaşır”

15 Mart 2012, 10:42

Min yeddi yüz xəstənin 25-i uşaqlardı

 

Maştağa Ruhi-Əsəb Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov Modern.az saytına müsahibə verib.

 

Ağahəsən müəllim, ruhi xəstələrlə bağlı son statistikanı bilmək olarmı?

- Rəqəm dəyişmir. Ümumilikdə 0,6 faizdən 0,101 faizə qədərdir, Bu faiz bütün dünyada belədir. Sadəcə olaraq  bir var xəstələr evlərdə qalıb müalicə olunsunlar, biri də var xəstəxanada.

Demək ki, heç də xəstələrin hamısı xəstəxanalarda müalicə olunmurrlar...

- Əlbəttə belə xəstələri evlərrində saxlayanlar da var. Kimin ki, şəraiti, imkanı var, o, xəstəsini evdə saxlayır. Özəl həkim tutur, özü dərman alır. Amma orta təbəqənin əksəriyyəti bura üz tuturlar. Çünki gündə üç dəfə yeməkləri var, həftədə bir dəfə hamamları var. Qadınlar üçün geyimlər də verilir.

Bu xəstəlik cavanlaşmır ki?

- Var, altsqeymer çox nadir hallarda görsənən bir xəstəlikdir. Altsqeymer və pik xəstəlikləri var .Onlar beyində gedən atrafik proseslərdən əmələ gəlir ki, bu xəstəliklər cavanlaşıb. 35-40 yaşlarında da həmin xəstəliklərə düüçar olanlar var.

Ruhi xəstəliyin mənəyi bizdə daha çox haradan qaynaqlanır?

- Anadangəlmə olanlar da var. Amma əsas stress faktorlarıdır. Cəmiyyətin intensivliyi, həyatın surəti artıb. Hər adam bu sürətlə yaqlaşa bilmir. Ən böyük problem Yer Kürəsində əhalinin çoxalmasıdır. Ona görə baxın, görün nə qədər konfrensiya var. Bunlar insanın daxilində yatan psixi  xəstəlik daşıyıcılarını oyadır.

- Xəstələrlə bağlı üzləşdiyiniz ciddi problemlər nədən ibarətdir?

- Sosial əlaqələrini itirmiş xəstələri xəstəxanada saxlayıb yatıra bilmirik. Onları neyləyək? Biz hökümətimizin dəstəyi ilə onlara şəxsiyyət vəsiqəsi alırıq. Ancaq kimsə belə insanlara sahib durmadığına görə onlarrı əlillər evlərinə göndəririk. Çünki onların burda yatmağa ehtiyacı yoxdur. Müalicə olunublar, normal vəziyyətdədirlər. Sadəcə, onların nə evi, nə ailəsi var,  bbir kəsləri üzə çıxmır. Bizim xəstəxxanada təxminən 345 nəfərə yaxın belə adam var. Düşünürük ki, onlar üçün yataqxana şəklində yaşayış məskənlərii salmaq lazımdır.

Xəstələrin yaxınları onlara baş çəkirlərmi?

- Onlar sərbəst şəkildə, istədikləri vaxt bura gəlib-gedə bilərlər.Ancaq onların çoxusu öz doğmalarrına baş çəkməyə həvəsli deyillər.

Yəqin ki, belə bir xəstəxanada işləmək asan deyil. Bura işə qəbul zamanı özəl olaraq hansı işlər görülür?

- Onları işə götürən zaman müsabiqədən keçmək mütləqdir. Ümumiyyətlə xəstələrlə həkimlərimizin problemi demək olar ki, olmur. Xəstələrə uyğun dildə onlarla rəftar edirik. Əvvəllər praktikada xəstələri qorxuzmaq və s. olsa da, indi belə şeylər yoxdur. Ətraf mühit şüuru formalaşdırır. Artıq bizim xəstələr özləri belə burada təmizliyə riayət edirlər.

Ağahəsən müəllim, olubmu ki, xəstəlləriniz arasında evlənənllər olsun?

- Əvvəllər olurdu, indi yoxdur. İndi burada evə gedirlər. Əvvəllər burada uzun müddət qalırdılar. Keçmiş baş həkim onları evləndirmək bir şöbəə təşkil etmişdi. Lakin sonradan bu ideya yarımçıq qaldı.Çünki bura əvəllər xroniki xəstələr üçün yaranmışdı, hal-hazırda isə bu damğanı üstümüzdən götürürük. Artıq bura ilkin xəstələr də müalicə üçün gəlirlər. Müalicə oluna bilməyən xəstələr yoxdur. Xüsusi rejimimiz isə yalnız cinayət törətmiş xəstələrimiz üçündür. 

Xəstəxananızda nə qədər passient var və onların yaş qruplarrı necədir?

- Hazırda 1700-ə yaxın xəstəmiz var. Onların təxminən 440 nəfərə yaxını qadınlar, qalanı kişilər, 25-i isə uşaqlardır. Geontoloji xəstələrisə 80-ə yaxındır.

 

Şahanə Rəhimli

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir