Modern.az

Elşad Abdullayev: “Azərbaycandan birdəfəlik getməmişəm”

Elşad Abdullayev: “Azərbaycandan birdəfəlik getməmişəm”

Aktual

15 Mart 2012, 11:20

“Mən hal-hazırda Avropadayam, Azərbaycanı birdəfəlik tırk etməmişəm, Azərbaycan  mənim  vətənimdi. Mən ölkəmə qayıdacağam, amma bunun nə vaxt baş verəcəyini deyə bilmərəm”.
Bu sözləri Modern.az saytına açıqlamasında fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev deyib.

E.Abdullayev əməkdaşımızın “Fransada siyasi sığnacaq almısınızmı” sulaına qısaca olaraq belə cavab verib: “Mən hal-hazırda Fransadayam, burda da yaşayıram”.

Rektor ABU-ilə bağlı məsələlərə də münasibət bildirib. E.Abdullayev qeyd edib ki, universitetin bağlanması ona olan qərəzli münasibətin nəticəsidir.
”Məhz bu qərəzli münasibət nəticəsində minlərlə tələbənin karyerasına son qoyuldu”-deyə o, vurğulayıb.

Azərbaycan Beynəlxalq Universiteti Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb. ABU-nun fəaliyyəti  2010-cu ilin sentiyabr ayında dayandırılıb. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanov əmr imzalayıb. ABU bağlanandan sonra onun yüzlərlə tələbəsi heç bir ali məktəbə yerləşdirilmədi, bir qrup məzun isə dipomla təmin olunmadı.

E.Abdullayev isə ölkəni tərk edərək Fransaya getdi. Ondan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq ABU-nun nəzdində fəaliyyət göstərən tibb mərkəzində insan orqanlarının qanunsuz transplantasiyasının həyata keçirildiyini bəyan etdi.
E.Abdullayev isə xaricdən bəyan etdi ki, bunlar ona qarşı təzyiqlərin tərkib hissəsidir. O, hüquq-mühafizə orqanlarını qardaşı Mahir Abdullayevin oğurlanmasında itiiham etdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?