Modern.az

Deputat Bakı Şəhər İcra Hakimiyyətinin işindən narazılıq edib

Deputat Bakı Şəhər İcra Hakimiyyətinin işindən narazılıq edib

15 Mart 2012, 17:25

Paytaxt Bakı gözəlləşdikcə arxa fonda qalan ciddi problemlər də diqqətdən yayınmır. Şəhərin mərkəzi küçələrinin işıqlandırılma sisteminin yenilənməsi, binaların fasadlarının, mərkəzi yolların müasir üslubda təmiri göz oxşasa da, diqqətdən yayınan problemləri də unutmaq olmaz. Paytaxt sakinlərini narazı salan əsas problemlərdən biri kommunal tullantıların vaxtlı-vaxtında yığılmaması və hələ də qaranlıq qalan küçə və prospektləin zülmətə qərq olmasıdır.

Millət vəkili Məlahət İbrahimqızı da bu sahəsəki müvcud problemlərlə bağlı öz narazılığını ifadə edib. Deputat Modern.az-a açıqlamasında Bakıda kommunal problemlərin olduğunu bildirib.

“Təəssüflər olsun ki, bü gün nkişaf edən Bakımızın gözəlliyinə kölgə salan bəzi problemlər var. Mənim diqqətimi çəkən əsas məsələ ərazilərdə kommunal tullatıların vaxtında təmizlənməməsi, zibilliyin üst-üstə qalaqlanmasıdır. Məncə bunun əsas problemi Bakı şəhər İcra Hakimiyyətinin kommunal təsarrüfat qurumunun işininöhdəsindən gələ bilməməsidir”.

Hətta Milli Məclisin yerləşdiyi binanın ətrafında zibil tullantılarının təmizlənlənməməsindən şikayət edən deputat problemdən çıxış yolunu belə izah edib:

“Xarici ölkələrdə, hətta Türkiyədə də məişət tullantılarının yığılması ilə sırf bələdiyyələr məşğul olur. Bizdə isə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti bu işlə məşğul olur. Bu qurum da öz işini düzgün formada qura bilmədiyi üçün gözdən yayınan, mərkəzdənkənar ərazilər bərbad vəziyyətdədir”

M.İbrahimqızı Bakının mərkəzi küçələrindən fərqli olaraq digər küçələrdə işıqlandırmanın olmamasından narahatlığını bildirib.

"Şəhərimizdə son vaxtlar gözəl işıqlandırma sistemləri tətbiq olunub. Mərkəzi küçələrdə yerləşən binaların, yolların işıqlandırılması yüksək səviyyədə olsa da, amma bu təəssüf ki, mərkəzi küçələrdədir, kənar ərazilərdə isə vəziyyyət acınacaqlıdır. Misal üçün deyim ki, Dövlət Dram Teatrının ön hissəsinin işıqlandırılması çox gözəldir, göz oxşayır. Amma heç də uzağa getmək lazım deyil, binanın arxa hissəsində yerləşən,  “Sovetski” kimi tanınan ərazinin işıqlandırılması demək olar ki bərbad vəziyyətdədir. Orada istər işıqlanma olsun, istərsə də məişət tullantılarının daşınması olsun, çox ciddi problemlər hökm sürür. Bu problemlər ciddi şəkildə həll olunmalıdır. Mən düşünürəm ki, bu məsələlərin həlli bələdiyyələrə verilməlidir ki, insanlara düzgün xidmət göstərilsin”-deyə millət vəkili vurğulayıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?