Modern.az

Prezident yeni fond yaratdı

Prezident yeni fond yaratdı

15 Mart 2012, 21:02

Prezident İlham Əliyev  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında sərəncam imzalayıb.

Modern.az Prezidentin rəsmi internet saytına istinadənən xəbər verir ki, informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədi ilə informasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan vermək üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində informasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamənin layihəsini hazırlanıb Prezidentə  təqdim edilsin.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır