Modern.az

Türkiyənin “Sabah” qəzetininin redaktoru Modern.az-da olub - FOTOLAR

Türkiyənin “Sabah” qəzetininin redaktoru Modern.az-da olub - FOTOLAR

Aktual

15 Mart 2012, 21:10

Türkiyənin “Sabah” qəzetininin redaktoru İbrahim Altay Modern.az portalının redaksiyasında qonaq olub. Modern.az-ın baş redaktoru Elşad Eyvazlı ilə görüşən türkiyəli jurnalist Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.

Türkiyə-Ermənistan münasibətlərinə də toxunan İbrahim Altay qeyd edib ki, iki ölkə arasında sərhədlərinn açılması Qarabağ probleminin həllindən keçir:  “Azərbaycandan baxanda sanki Türkiyə tərəfi sərhəddi açırmış, qardaş bir ölkəni ciddiyə almırmış kimi görsənir. Amma əslində Türkiyə Ermənistan qarşısında şərt qoyub ki, sərhəddi o zaman açacaq ki, işğalçı dövlət Qarabağdan çəkilsin.
Türkiyə xarici işlər naziri də Bakıya səfəri zamanı bəyan etdi ki, Qarabağ işğaldan azad edilmədən sərhədlərin açılması mövzu belə ola bilməz. Ermənistan hal-hazırda acınacaqlı vəziyyətdədir. Nüfuzlu hissə oranı tərk edib. Türkiyənin bu sərhədlərin açılmasında böyük mənfəəti yoxdur. Amma bir jest ediləcəksə, onun qarşılığı olaraq onlar da bizim şərtlərimizlə razılaşacaqlar”.

Daha sonra türkiyəli jurnalist Türkiyədə tanınmış müğənni Sezan Aksunun Azərbaycanın “sarı gəlin” mahnısını erməni dilində oxumasına münasibət bildirib:
“Doğrudur, Türkiyə mətbuatında onu dəstəkləyənlər və dəstəkləməyənlər də oldu. Heç kimə qadağa qoymaq olmaz ki, sən bunu eləmə. Yalnız onu deyə bilərəm ki, toplum müğənnini onun əvvəlki mahnılarına görə sevir, bu mahnıya görə yox. Belə məsələlərdə başqa cür siyasət yeritmək lazımdır. Tutaq ki, Ermənistan “Eurovisin” müsabiqəsinə qatılmır və Azərbaycana qarşı Ramil Səfərovla bağlı məsələdən əks təbliğat kimi istifadə edir. Qoy etsin, bunun qarşılığında Azərbaycan da “Eurovision”u elə təşkil etsin ki, ölkənizi görən avropalı bura mədəniyyətin beşiyi kimi baxsın. Onların təbliğatı puç olsun”.

Daim bir çox ölkələrin mədəniyyəti-sənəti haqqında araşdırmalar aparan İbrahim Altay Azərbaycanı Qafqazın konservatoriyası adlandırıb: ”Düşünürəm ki, ölkəniz hər cəhətdən Qafqaz regionunda irəlidədir. Ədəbiydatda, rəsamlıqda, memarlıqda birincilik sizin payınıza düşür”.




Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı