Modern.az

Deputat: “Bu hadisə baş versə, maştağalıların etirazına səbəb olacaq”

Deputat: “Bu hadisə baş versə, maştağalıların etirazına səbəb olacaq”

Aktual

16 Mart 2012, 16:44

“Ləhiş bağları” ərazisinin Pirşağı və Kürdəxanı kəndlərinə verilməsi ilə bağlı söz-söhbətlər gəzir. Bu sözləri Modern.az-a 28 saylı Sabunçu üçüncü seçki dairəsindən seçilən deputat Eldar Quliyev deyib:

“Maştağa kəndi yaxınlığında “Ləhiş bağları” adlanan ərazi var. Orada əslən Maştağadan olanlar yaşayır. Amma indi söz-söhbətlər gəzir ki, “Ləhiş bağları” Pirşağıya və ya Kürdəxanıya veriləcək. Əgər belə bir hal baş versə, bu, orada yaşayan maştağalıların etirazına səbəb olacaq”.

 Deputat məsələnin həlli yolunu da göstərib: “Bu məsələni o şəkildə həll etmək olar ki, Bakı Şəhər İcra Hakimiyyəti və  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Maştağadan olanların öz kəndinin tabeliyində qalmasını saxlasınlar. Hər halda məsələ ilə bağlı müzakirələr aparmaq lazımdır”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır