Modern.az

Xaricdə oxumuş 477 azərbaycanlı məzunun diplomu qanunsuz sayılıb

Xaricdə oxumuş 477 azərbaycanlı məzunun diplomu qanunsuz sayılıb

29 Dekabr 2009, 15:27

2004-2009-cu illər ərzində xarici ölkələrin ali təhsil müəssisələrini bitirmiş 2964 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil Nazirliyinə müraciət etib. Onlardan 2037 nəfərinə diplomunun tanınması ilə bağlı sertifikat verilib. Ekspert qrupu tərəfindən 477 nəfərin diplomu qanunsuz hesab edilib. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən verilən məlumatda bildirilib. Xaricdə oxumuş 453 nəfərin diplomuna isə hazırda Təhsil Nazirliyinin müvafiq struktur bölməsində baxılır. Diplomun tanınması üçün müraciət edənlərin 1999 nəfəri MDB-nin müxtəlif ölkələrinin, 776 nəfəri Türkiyə Respublikası, 189 nəfərini isə ABŞ, Avropa, Asiya və ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib. Təhsil Nazirliyinin məlumatına görə, bu gün Azərbaycandan kənarda öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində 10 minə yaxın tələbə təhsilini davam etdirir. Hazırda dövlət xətti ilə 815 nəfər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 446 nəfər Azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrindəli universitetlərdə təhsil alır. 2009-cu ildə isə 303 nəfər Azərbaycan gənci Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün göndərilib. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların 23%-i tibb, 20%-i iqtisadiyyat, 14%-i texniki və mühəndislik ixtisaslarına yiyələnirlər. ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında təhsil alanların 34 nəfəri məzun olub. Onlardan 27-si bu il məzun olub. Azərbaycanın ali məktəblərində dünyanın 50-ə yaxın ölkəsindən gələn 6812 əcnəbi təhsil alır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi