Modern.az

Pensiyaların baza hissəsi ləğv ediləcək

Pensiyaların baza hissəsi ləğv ediləcək

Ölkə

29 Dekabr 2009, 18:00

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib ki, Azərbaycanda əmək pensiyasının baza hissəsi ləğv ediləcək: "Baza hissəsi ona görə vacibdir ki, pensiyanın müəyyən hissəsi dövlət büdcəsindən transfertlərin hesabına formalaşır". Modern.az bununla bağlı “Trend”in məlumatına istinad edib. S.Müslümovun sözlərinə görə, 2009-2015-ci illərə olan pensiya-sığorta sisteminin inkişafı dövlət proqramında göstərilib ki, bir neçə vaxtdan sonra yığılmış sığorta ödəmələri, işçilərin əmək haqlarının leqallaşması, fərdi uçot sistemi üzrə qeydiyyata alınanların sayının artması dövlət büdcəsindən transfertlərdən imtina etmək üçün şərait yaradır. “Bununla əlaqədar olaraq pensiyanın baza hissəsinin göstərmək zəruri olmayacaq. O bəzi səviyyədə saxlanıla bilər ki, bu da qaçınılmazdır. Zamanla bu minimal hissə də öz əhəmiyyətini itirəcək, belə ki, hamı, nə qədər sosial ödəmə ödədiyini, onun fərdi hesabına nə qədər vəsait toplandığını bilməlidir”-deyə S.Müslümov bildirib.

DSMF sədrinin sözlərinə görə, hər bir sığorta olunan barəsində məlumat Fondun rəsmi saytında yerləşdirləcək. Həmçinin, ilin sonunda bütün sığorta olunan şəxslər onların hesabında toplanmış məbləğ barədə yazılı xəbərdarlıq alacaqlar. "Beləliklə hər bir sığortalanmış şəxs toplanmış rəqəmi 144-ə bölməklə öz gələcək pensiyasını hesablaya və bu prosesə müntəzəm surətdə nəzarət edə bilər". DSMF rəhbərinin sözlərinə görə bu sistem bütün dünyada tətbiq edilir. "Biz 2010-cu ilin sonunadək bütün 1,85 milyon sığorta olunan şəxslərə toplanılan məbləği göstərən rəsmi məktub göndərməyə çalışacağıq". Azərbaycanda əmək pensiyası 2 hissədən - baza və sığorta hissələrindən ibarətdir. Hazırda ölkədə pensiyanın baza hissəsi 75 manat təşkil edir. Gələn ildən Azərbaycanda pensiyanın yeni hesablama mexanizmi tətbiq ediləcək. Bu mexanizmdə hesablama son 5 illik əmək fəaliyyəti ərzində əmək haqqının səviyyəsinə görə yox, 10 ildən az olmayan staja görə hesablanacaq. S. Müslümov əvvəllər deyib ki, gələn ildən Azərbaycanda pensiyanın minimal məbləği 90 manat təşkil edəcək.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi