Modern.az

Azərbaycanlı nindza - FOTOLAR

Azərbaycanlı nindza - FOTOLAR

26 Mart 2012, 00:01

Tanıyanlar bəzən onu “Azərbaycanlı nindza” adlandırılar. Azərbaycana bütün əlbəyaxaq döyüş növlərini o gətirib. Söhbət "Turan-Do" idman növünün yaradıcısı, türkçü, vətənpərvər Süleyman Məmmədlidən gedir. Süleyman Məmmədli 1948-ci ildə Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycanda İdman Akademiyasını bitirib. 1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb. 1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb.
1990-cı ildən başlayaraq taekvando ilə məşğul olmağa başlayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak edib, 70-dən artıq döyüş sənətini bilir.
2004-cü ildə Amerikada taekvandonun yaradıcılarından olan Bok Mann Kimlə tanış olub. İlk dəfə dünyada ən yüksək dərəcə olan Qrand master dərəcəsini Amerikada alıb.
Hazırda 4 növ üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand masterdir. Dünyada ikinci belə bir adam yoxdur.
 Beynəlxalq dərəcəli hakim olmaqla yanaşı, gənclərlə birgə yarışlarda çıxış edir.
2004-cü ildə Amerikada onu yoxlayanda inanmayıblar ki, 56 yaşı var. Kompüter onun orqanizminə 18-22 yaş "vermişdi". Bunun da səbəbi odur ki, 31 ildir ət yemir. Ancaq vegeterian da deyil.
Özünün "Sağlamlığa çağırış" kitabında da göstər ki, xəstəliklərin, fiziki problemlərini 70 faizi düzgün qidalanmamaqdan irəli gəlir.
1981-ci ildə çəkilmiş "Qorxma, mən səninləyəm" filminin bütün döyüş ssenarilərini o qurub və bu kinoda iştirak edənlər S.Məmmədlinin tələbələridir.
Bədən Tərbiyəsi və İdman Akademiyasında da dərs deyir.
Hazırda Turando Federasiyasına rəhbərlik edir. Süleyman Məmmədli türklərin milli xüsusiyyətləri və səciyyəvi döyüş xarakterlərini nəzərə alaraq turandonu yaradıb. Qısa müddət ərzində bu döyüş növü beynəlxalq arenaya çıxıb və dünyada tanınıb.
Beynəlxalq Turando Federasiyasının rəhbərliyində təmsil olunan Süleyman Məmmədlinin yetirmələri ölkə və dünya üzrə neçə-neçə yarışların qızıl mükafatçılarıdır. Bu idman növü üzrə keçirilən beynəlxalq yarışlarda, bir qayda olaraq, Azərbaycan komandası birinci yer tutur.
S.Məmmədli turandonu 2004-cü ildə yaradaraq Amerikada bu döyüş növünü nümayiş etdirib və böyük marağa səbəb olub. Deyir ki, turandon  iki - idman növü və kombat turando  növü var.
O, Ümumdünya Turando Assosiasiyasının prezidentidir.

 

 

 

 

 

 


Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir