Modern.az

Beş gün iş olmayacaq

Beş gün iş olmayacaq

Ölkə

30 Dekabr 2009, 10:51

Sabahdan bayram günləri başlayır. Modern.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə 5 gün istirahət günü olacaq. Belə ki, 2009-cu ilin dekabrın 31-dən 2010-cu il yanvarın 4-dək Azərbaycanda iş olmayacaq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür, yanvarın 1-2-si Yeni il bayramıdır. Yanvarın 3-ü isə bazar gününə təsadüf edir. Yanvarın 2-si şənbə gününə düşdüyündən, növbəti həftənin bazar ertəsi, yəni yanvarın 4-ü də qeyri-iş günü hesab olunacaq. Bu usə o deməkdir ki, 31 dekabr, 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günləridir.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi