Modern.az

Baloğlan Əşrəfov Muğam Teatrından qovulması barədə xəbərə aydınlıq gətirdi

Baloğlan Əşrəfov Muğam Teatrından qovulması barədə xəbərə aydınlıq gətirdi

29 Mart 2012, 14:07

“Muğam Teatrından qovulmağımla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Mən Muğam Teatrının solistiyəm və müqavilə əsasında fəaliyyətimi davam etdirirəm. Teatrın digər solistləri də müqavilə ilə işləyirlər”.

Bu sözləri Modern.az saytına açıqlamasında Muğam Teatrının solisti, əməkdar artist Baloğlan Əşrəfov deyib. Baloğlan Əşrəfov Muğam Teatrının direktoru Arif Qazıyevlə münasibətlərinin pozulması barədə deyilənləri təkzib edib:
“Arif müəllim mənim ən çox hörmət etdiyim adamlardan biridir. O, mənim Muğam Teatrında normal fəaliyyət göstərməyim üçün hər cür şərait yaradıb. Mən də vaxtaşırı konsert verib, pulumu qazanıram”.

S.Vaqifoğlu

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir