Modern.az

İlin aktiv və passiv deputatları 2010-cu ilin yanvarında məlum olacaq

İlin aktiv və passiv deputatları 2010-cu ilin yanvarında məlum olacaq

Parlament

30 Dekabr 2009, 19:05

Parlament Jurnalistləri Birliyi (PJB) 2009-cu ilin fəal və passiv deputatlarını müəyyənləşdirib. Bu barədə təşkilatın sədr müavini Aqil Aslan məlumat veriib.

Onun sözlərinə görə, PJB ənənvi olaraq hər ilin sonunda Milli Məclisdə akkreditə olunmuş jurnalistlər arasında sorğu keçirərək millət vəkillərinin fəaliyyətinə qiymət verir. Ötən illərdə olduğu kimi bu dəfə də sorğunun nəticələrinə əsasən “İlin ən fəal millət vəkili”, “İlin ən passiv millət vəkili”, “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” və “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal millət vəkili” nominasiyaları üzrə qaliblər seçilib.

Aqil Aslan bildirib ki, qaliblərin adları 2010-cu ilin yanvar ayında açıqlanacaq və ilin fəal deputatlarına xüsusi mükafat təqdim olunacaq. Passiv deputatların isə adları elan  olunacaq.

PJB sədrinin müavini Milli Məclisin və onun mətbuat xidmətinin 2009-cu ildəki fəaliyyətinin də qiymətləndirildiyini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu