Modern.az

Nigar Köçərli: “Rəşad Məcidin qayıtmasını istərdim”

Nigar Köçərli: “Rəşad Məcidin qayıtmasını istərdim”

Mədəni̇yyət

30 Mart 2012, 11:03

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli son açıqlamasında Milli Kitab Müsabiqəsində (MKM) münsif olması üçün “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə müraciət edəcəyini deyib. Dünən isə Rəşad Məcid müsahibəsində Nigar xanımın açıqlamasına cavab olaraq Milli Kitab Mükafatına münsif olaraq qayıtmayacağını qeyd edib. Səbəbi keçən Milli Kitab Mükafatında olan problemlərlə əlaqələndirir. Xüsusən də qruplaşmaların olması ilə. Özünün qruplaşmalrdan uzaq olduğunu qeyd edib və həmişə ədalətin, düzgünlüyün, istedadın, həqiqətin tərəfdarı olduğunu bildirib.

Modern.az saytının əməskdaşı  Nigar Köçərliyə bu fikirlərə  münasibət bildirməsini istəyib. Nigar xanım çox uzun tərəddüdlərdən sonra bir –iki kəlmə ilə kifayətlənib.

“Rəşad bəyin iradları ilə bağlı ötən il bəyanət yaymışdım. Münsiflərin balları mkm.az saytında var, ora hər kəs girib baxa bilər. Üstəlik, münsiflər öz rəylərini dəfələrlə mətbuatda açıq şəkildə əsaslandırıblar. Kimin nə sualı varsa, münsiflərə rahat müraciət edə bilər. 
Rəşad bəy müasir ədəbiyyatı bilən adamdır. Yazıçılar Birliyinin gənclər üzrə katibi kimi ədəbiyyat çevrəsində nüfüzlu adamdır. Əlbəttə, istərdim ki, Rəşad bəy mükafata yenidən qatılsın”.

O, MKM-də gözlənilən yeniliklərdən də danışıb. Bu il MKM-də münsiflərin sayının artacağını bildirib. Daha bir yenilik isə reqionlarda görüşlərin və kitab müzakirələrinin təşkil olunacağıdır.

Könül Səid

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir