Modern.az

Sarkozi və Olland “soyqırımı” dəstəklədilər: “Bu qanunu qəbul edəcəyik”

Sarkozi və Olland “soyqırımı” dəstəklədilər: “Bu qanunu qəbul edəcəyik”

Dünya

30 Mart 2012, 14:50

Fransada prezidentliyə hər  iki namizəd qondarma “erməni soyqırımı”nın inkarına görə həbs olunmanı nəzərdə tutan qanunun qəbul ediləcəyini bildirib. Modern.az-ın məlumatına görə, hazırkı prezident Sarkozi və sosialistlərin populyar namizədi Fransua Olland  “Nouvelles d`Arménie” jurnalına müsahibəsində bu barədə bəyan ediblər.

 “Mən bunu üzərimə öhdəlik kimi götürmüşəm və yerinə yerinə yetirəcəyəm”-deyə Sarkozi vəd edib.
“Hökümət artıq yeni qanun layihəsi üzərində işləyir. Bu layihə ola bilsin parlamentin növbəti səlahiyyət müddətində qəbul edilsin. Əlbəttə ki, bu zaman Konstitutsiya Şurasının qərarları nəzərə alınacaq”-deyə Sarkozi vurğulayıb. 

Onun rəqibi olan Sosialist Partiyasının lideri Fransua Olland bildirib ki, “prezidentlik səlahiyyətinə bu qanunun qəbul edilməsi ilə başlamaq istəyir”.

“Mənim fikrimcə, tarixi təhqiqatlarla subut edilmiş “erməni soyqırımı”nı tanmaq məsuliyyəti hakimiyyətin üzərindədir”-deyə Olland bildirib.

X. SƏFƏROĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır