Modern.az

“Onun Sevgi məktubları...” kitabının növbəti imza günü olacaq

“Onun Sevgi məktubları...” kitabının növbəti imza günü olacaq

30 Mart 2012, 17:21

7 aprel 2012-ci il tarixdə millət vəkili Qənirə Paşayevanın “Onun Sevgi məktubları...” adlı kitabının oxucular üçün növbəti imzalanma mərasimi keçiriləcək. Mərasim saat 17.00-da “Əli və Nino” kitab dükanları şəbəkəsinin Metro Park alış-veriş mərkəzinin 3-cü mərtəbəsində yerləşən satış məntəqəsində (Təbriz küçəsi 4, Nərimanov metrosunun yaxınlığı) baş tutacaq.

Qənirə Paşayeva bildirib ki,  "Onun sevgi məktubları" kitabının satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək.  

Müəllifin imzası ilə kitab əldə etmək istəyən hər kəs dəvətlidir.  

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı