Modern.az

Kamal Abdulla Nobel Komitəsindən aldığı məktubu göstərdi

Kamal Abdulla Nobel Komitəsindən aldığı məktubu göstərdi

Mədəni̇yyət

30 Mart 2012, 20:30

Azərbaycanın tanınmış yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın “Nobel” Mükafatına namizədliyi qeydə alınıb. Yazıçı namizədliyinin qeydə alınması ilə bağlı bu gün mətbuat konfransı keçirib. O, mətbuat konfransinda “Nobel” Mükafatına namizədliyi haqqında geniş məlumat verib. Qeyd edib ki, keçən ilin noyabr ayında Bakı Slavyan Universitetinə Nobel Komitəsindən məktub gəlib.

Mətbuat konfransında qeyd edilib ki, bir müddət sonra universitetin professorları Məmməd Qocayev, Rəhilə Qeybullayeva, Asif Hacılı, Rəhilə Quliyeva, Naidə Məmmədxanovaya ayrı-ayrı məktublar göndərilib və təklif edilib ki, öz namizədlərini irəli sürsünlər. Həmin professorlar Kamal Abdullanın namizədi üzərində dayanıblar.

Qeyd edək ki,  tanınmış yazıçı Kamal Abdullanın trilogiya tipli 3 – “Sehrbazlar dərəsi”, “Yarımçıq əlyazma” və “Unutmağa kimsə yox” əsərləri quruma təqdim edilib. Bu əsərlər qurum tərəfindən çox yüksək qiymətləndirilib.  
Nobel Komitəsinin verdiyi cavabda Kamal Abdullanın “Nobel” mükafatı namizədi kimi təsdiq olunduğu göstərilib.

Kamal Abdulla mətbuat konfransında "Nobel"ə namizədliyinin qeydə alınması haqda ona gələn məktubu da jurnalistlərə göstərib.

Daha sonra tanınmış yazıçı öz təəssüratları ilə jurnalistlərlə bölüşüb.


Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı