Modern.az

İki körpəni şeytana qurban kəsiblər

İki körpəni şeytana qurban kəsiblər

31 Mart 2012, 16:38

Meksikanın şimalında polis əməkdaşları insanın qurbanı kəsilməsilə müşayiət olunan vəhşi ritualı həyata keçirməkdə təqsirləndirilən 8 nəfəri yaxalayıb. Modern.az-ın  BBC-yə istinadən verdiyi məlumata görə, prokurorlar qeyd edirlər ki, güman edilən təriqət üzvləri tərəfindən  2 azyaşlı uşaq və 1 qadın  qətlə yetirilib.

  Meksikanın Sonor ştatının höküməti hesab edir ki, təqsirləndirilənlər La Santa Murte (Müqqəddəs Ölüm) təriqətinin üzvü  ola bilərlər. Ştatın rəsmi nümayəndəsinin sozlərinə görə , sitayiş olunan varlıq əlində hörük olan skeleti xatırladırdı. Onun sözlərinə görə, ölkədə son dövr ərzində ölümə sitayiş geniş vüsət alıb. Daha əvvəl özündə katolik və hindu inanclarını birləşdirən mistik sitayişlərlə bağlı heç bir ölüm faktı təsdiqlənməyib.  
Sonor ştatının prokurorluğunun nümayəndəsi  axırıncı cinayətin bu ayın əvvəlində, digər 2 cinayətinsə 2009-2010-cu illərdə baş verdiyini nəzərə çatdırıb.  

Qurbanların cəsədi  çox da böyük olmayan mədən qəsəbəsində tapılıb. Araşdırma 10 yaşlı İusus Oktavio Martines Yanesin ailəsinin onun itkin düşməsi barədə verdiyi xəbərdən sonra başlayıb. Xose Larinanqanın sözlərinə görə, hadisə gecə özünəməxsus ritual zamanı həyata keçirilib. ”Onlar qurbanlarinin damarlarını kəsməklər qanlarını böyük qablara yığaraq ritualı keçiriblər” Həbs olunanların əksəriyyəti eyni ailəyə mənsub olduğu bildirilib. Təqsirləndirilənlərdən Silviya Meraz və oğlu Ramon Palasios təriqətin rəhbərləridir.      
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır