Modern.az

Uşaqların kitab günü

Uşaqların kitab günü

Mədəni̇yyət

2 Aprel 2012, 11:22

Bu gün Beynəlxalq Uşaq Kitabı günüdür. Uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin 2-də məşhur nağıl yazan  Hans Xristian Andersen anadan olub. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunmağa başlayıb.

Hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir.

Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsiylə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin "böyüklər" üçün yazılmış "Robinzon Krunzo" (1719) və "Qulliverin səyahəti" romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olundu. Yazılaraq kitabara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə "Min bir gecə", "Ələddin", "Əli-Baba və qırx quldur", "Sindibadın yeddi səyahəti" nağılları da qeyd olunmalıdır. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersonun qələmə aldıqları nağılları da uşaqlar günümüzdə də çox sevirlər. Müəlliflərin və kitabların adını saymaqla bitməz. XIX əsri uşaq ədəbiyyatının "qızıl əsri" sayanlar da çoxdur. XIX-XX əsrlər Azərbaycanda da uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunur.

Bəs günümüzdə, XXI əsrdə Azərbaycanda vəziyyət necədir? Bununla bağlı Modern.az saytının əməkdaşının araşdırma yazısı olacaq.

 Könül Səid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?