Modern.az

Fransızlara “Əli və Nino” göstəriləcək

Fransızlara “Əli və Nino” göstəriləcək

2 Aprel 2012, 14:11

6 aprel 2012-ci il tarixində Parisin Sorbon Universitetinin böyük amfiteatrında Qurban Səidin “Əli və Nino” əsərinin motivləri əsasında hazırlanmış musiqili tamaşa oynanılacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatiına görə, tamaşanın bədii rəhbəri Parisdə musiqi təhsili alan Səidə Zqlfqqarovadır. Tamaşada rus və fransız aktyorlarla yanaşı gürcülərin “Lazi” və Azərbaycan Fransa Gənclər Assosiasiyasının rəqs ansamblının üzvləri iştirak edəcəklər. Tamaşa zamanı bəstəkarlar Üzeyir Hacıbəyov,Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Cövdət Hacıyev, Arzu Rzayev, Fritz Kreislerin əsərləri ilə yanaşı Azərbaycan və gürcü rəqs havaları da səsləndiriləcək.

Modern.az  

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir