Modern.az

Qənirə Paşayeva Nürnberqdə çıxış edib

Qənirə Paşayeva Nürnberqdə çıxış edib

2 Aprel 2012, 14:27

Almaniyanın Nürnberq şəhərində Nürnberq çevrəsi Türk Toplumu (N.C.T.T. ) tərəfindən təşkil edilən konfransda  31 mart-Azərbaycanlıların Soyqırımı günü və Kəlbəcərin işğalının qurbanlarının xatirəsi anılıb.

Konfrans Azərbaycanın, Türkiyənin və Alaniyanın dövlət himnlərinin oxunması ilə başlayıb. Daha sonra  Qarabağda ermənilərin törətdiyi qətliamlarla bağlı video nümayiş etdirilib.

Konfransda iştirak edən millət vəkili, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ermənilərin hələ ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Xocalı soyqımı, Ermənistanın işğalı altında olan Kəlbəcər, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

“Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər. Tariximizi və milli məsələrimizi yaxşı bilməyən gəncdən nəyi müdafiə etməsini və hansı haqqı istəməsini gözləyə bilərik”, - deyə millət vəkili nitqinə davam etdi.

Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə  daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi də bütün türklərin problemi olduğunu bildirib.

Daha sonra konransda Türk Torplumu adından Süleyman Akgün və Azərbaycan Dostluq Dərnəyinin sədri Azad Rəhim çıxış edərək, İsveçrə və Fransda “qondarma erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutuan qanunun qəbulunu Avropa üçün bir utanc olduğunu vurğulayıblar.

Azərbaycanın Almaniyada səfirliyinin nümayəndəsi Fikrət Axundov eyni saatda Berlində də bir anma mərasiminin təşkil edildiyini və “Xocalı qətliamının 20-ci ilində bütün dünyaya səslənərək ədalət istədiyimizi bildiririk” qeyd edib.

Türkiyənin Nürnberqdəki baş konsolu Ece Öztürk Çil isə ermənilərin törətdiyi qətliamda 613 Azərbaycan vətəndaşının qətlə yetirildiyini qeyd edərək “Biz Türkiyə olaraq cinayətləri qınayırıq və həyatlarını itirənləri rəhmətlə yad edirik” bildirib.

Türk Hava Yolları Nürnberq şöbəsinin müdiri Dr. Osman Nuri Hasırcı  bu kimi proqramların keçirilməsinə önəm verdiklərini qeyd edib. Xəzər Təhsil Mədəniyyət Mərkəzinin rəhbəri Yaşar Musayev öz nitqində 31 mart tarixinin rəsmi bir gün olduğunu qeyd edərək “Bizə dəstək verən Türkiyəyə minnətdarıq” deyib.

Konfransın sonunda Azərbaycan və türk diaspora təşkilatları tərəfindən Türk dünyasına xidmətlərinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkür plaketləri verilib.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir