Modern.az

Azərbaycanda 70 yazıçı və şairə prezident təqaüdü verilir

Azərbaycanda 70 yazıçı və şairə prezident təqaüdü verilir

2 Aprel 2012, 14:44

Yaşlı nəsil gənc nəsildən 100 manat artıq təqaüd alır

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlunun Modern.az saytına verdiyi məlumata görə, hazırda qurumun 70 nəfər üzvü prezident təqaüdü alır.  Onun 50 nəfəri yaşlı, 20 nəfəri isə gənc nəsildir. Mətbuat katibi bildirib ki,  prezident təqaüdü alan yazarlar ya şair  ya yazıçı, ədəbiyyatçı ya da tərcüməçi  olmalıdırlar.
“Yazıçılar Birliyinin bütün üzvüləri bu təqaüdü almağa iddialıdırlar, çünki bu təqaüd fondu birliyin bütün üzvüləri üçündür. Amma indi elə yazıçılar var ki, yazıb yaradır, fəaldır, eləsi var yazmır, bu məsələlər nəzərə alınır.

Prezidentimizin xüsusi təqaüd verilən fərmanında göstərilir ki, təqaüd yazıçılara yaradıcılığı təmin etməkdən ötrü verilir. Yazıçıların əsərlərini tərcümə etdirməsinə, kitab buraxmasına kömək etmək məqsədi ilə edilir. Təqaüdün miqdarı isə cavan nəsil üçün 200 manat, yaşlı nəsil üçünsə 300 manatdır”.

Qeyd edək ki, Yazıçılar Birliyinin üzvülərinin sayı 2000-dən çoxdur. Təqaüd isə 2007-ci ildən verilir.  

 Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı