Modern.az

İran İstanbula gəlməkdən imtina etdi

İran İstanbula gəlməkdən imtina etdi

4 Aprel 2012, 12:00

İran nüvə probleminin müzakirəsi üçün “5 +1” formulu əsasında nəzərdə tutulmuş görüşün İstanbulda keçirilməsindən imtina edib.  Modern.az İTAR-TASS-a istinadən bildirir ki, bu barədə xəbər İran xarici işlər naziriyinin yaydığı məlumatda açıqlanıb.

Tehran bu formatda görüşün İraqın paytaxtı Bağdadda keçirilməsini təkllif edib. “Bağdada gələn İran nümayəndə heyəti bu görüşün Bağdadda keçirilmə arzusunu ifadə edib”-deyə XİN-in açıqlamasında qeyd olunub.

Xatırladaq ki, martın 31-də ABŞ dövlət katibi Hillari Klinton “altılığın” (BMT-nin  Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) İranın iştirakı ilə aprelin 13-14-də İstanbulda keçiriləcəyini rəsmən təsdiqləmişdi.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi