Modern.az

Şoumen Murad Arif: “Bütün şou əhli boşboğazlıqla məşquldur” - MÜSAHİBƏ

Şoumen Murad Arif: “Bütün şou əhli boşboğazlıqla məşquldur”  - MÜSAHİBƏ

4 Aprel 2012, 12:46

“Bugün daha az məsrəflə daha çox tamaşaçı qazanmaq istəyimiz evlilik verilişlərinə gətirib çıxartdı”

Modern.az  şoumen və bəstəkar Murad Ariflə müsahibəni təqdim edir.  

- Murad Arif özünü necə təqdim edir?

- Şoumen və mahnı müəllifi.

- Sizi həm şoumen, həm də bəstəkar kimi təqdim edirlərsə, bunlardan hansı 1-ci gəlir?

- Şoumen anlayışı xarakterimi daha ətraflı çatdırır. Həmişə məclislərdə, səhnədə əlimdə mikrofonlayam. Müxtəlif yarışmalarda həm rəqs, həm də vokal imkanlarımı göstərmişəm. Artistizm də var. Bunların hamısını “Show Man” yəni “Şou adam”anlayışı özündə birləşdirir. 

- Əvvəl radioda dj, daha sonra isə televiziyada aparıcı. Sizi bu aləmə gətirən nə oldu? Necə gəldiniz?

- Çocuqluqdan daim ekranın qabağına olmuşam. Rusiya telekanallarında, o vaxtki AzTV-də olan bütün proqramları, bütün aparıcıları əzbərləyirdim. Nə vaxtsa, ekranın o tayında olmaq uşaqlıq xəyalım idi. Deməli niyyətin hara, mənzilin ora! Əvvəllər “Space” radiosunda telefon gətirər, işçilərə çay süzər, proqramlara rubrikalar təklif edərdim. Bir gün mikrofon qarşısına keçdim və başladıq.

- Bəs nə vaxtdan mahnılar yazmağa qərar verdiniz?

- Elə uşaqlıqdan mahnı yazıram, piano dərslərini almağa başlayarkən Motsartın sonatası əvəzinə, öz yazdığım məzəli mahnıları dınqıldadırdım. Amma 2008-ci ildə öz mahnılarımı təqdim etmək qərarına gəldim.

- Mahnı yazarkən onun hit olacağını əvvəlcədən hiss etmək olurmu?

- Əvvəlcədən 100% əmin olmaq çəindir. Məsələn, Elnarənin ifasındakı ”Ay qız oyan” mahnısı partlayanda mən təəcüblənmişdim.  

- Hansı müğənnilərlə işləmək sizə zövq verir?

-
Yüksək qonorarı ürəklə verən müğənnilərlə işləməkdən zövq alıram. Yerdə qalan digər şeyləri oranjeman vasitəsi ilə düzəltmək olar.

- İndiyə qədər Murad Arif üçün ən uğurlu layihələr hansılar olub?

- İctimai Televiziyada Hüsniyyə ilə birgə apardığımız “Qaraj” verilişi, həm Hüsniyyə ilə tandemimiz çox səmimi idi, həm də rok-ab havası, əcnəbi musiqi hər ikimiz üçün maraqlı idi.  Daha sonra "Maşın şou"da iştirak etməyim də uğurlu oldu, 2007-ci ildə maşın uddum.

- Facebook-da bir şərhinizdə belə bir status yazmısınız ki, “çayı hoppanmamış hop demirəm bəzilər kimi”. Bizdə “hop” deyənlər çoxdurmu?

- Elə bütün şou əhli boşboğazlıqla məşquldur. Nələri vəd etmirlər ki?! Ay belə olacaq, ay elə olacaq. Axırda da köhnə hamam. Mən bu vəziyyətə düşməkdən qorxuram.

 

- Mütaliə etməyi sevirsinizmi? Ən son oxuduğunuz kitab hansıdır?

-
Kitab oxuyuram, son illər isə daha çox dərgiləri oxuyuram. Bədii ədəbiyyatdan hal-hazırda Markesi oxuyuram, bir az yorucu gəlir. Hüqonu sevirdim, o da çox melanxolikdir. Paolo Koelinindən oxudum mənlik deyil, xanımlar üçün yazır. Səbirsizliklə Den Braundan yeni bir şey oxuyardım çünki köhnə kitablarının hamısını oxumuşam. Azərbaycan ədəbiyyatından isə Sabir, M. Müşfiq, H. Cavid, C. Məmmədquluzadə həmişə aktualdır. Çox sevdiyim şairlər isə Ramiz Rövşən və Bəxtiyar Vahabzadədir.

- Bəyəndiyiniz telejurnalistlər və aparıcılar kimlərdir?

- Murad Dadaşov, Könül Arifqızı, Mirşahin, İradə İsaq, Sevil Nuriyeva, Sevinc Osmanqızı, Nərgiz Cəlilova, Dilarə Əliyeva. Sırf öz janrıma yaxın həmkarlarımdan isə Hüsniyyə, Leyla, Nanə. İlkin Həsəni və Nəsib Nura məmnuniyyətlə baxıram.

- Son illər “Azərbaycan kanallarına baxmıram” deyənlər çoxalıb. Siz necə hansı kanallara baxırsınız? Ümumiyyətlə Azərbyacan kanallarına baxılmamasının günahı kimdədir? Televiziyalarda ya tamaşaçılarda?

- Rusiya kanallarına daha çox baxıram. Onlar daha rəngarəng və maraqlıdır. Bizim kanallara gəldikdə isə bugün daha az məsrəf edib, daha çox tamaşaçı qazanmaq istəyimiz evlilik verilşlərinə gətirib çıxartdı. Bir çox verilişlərdə toy müğənnilərinin piarı,  tərbiyəsiz adamların söz davası və ya ərə getmək tətbiq olunur. Digər tərəfdən də tamaşaçı kütləsinin intellektual səviyyəsi öz təsirini göstərir. Televiziya səhəsində islahatlar lazımdır.

- Hansı peşəyə yiyələnmək istəyərdiniz?

- Musiqiçi və ya jurnalistika savadım yoxdur. Sırf həvəsimin hesabına  bu səhələrə gəldim və özümü birtəhər təsdiqlədim. Kaş valideynlərim məni zamanında doğru yönəldəydilər. Təəssüf ki, ixtisasca iqtisadçıyam.

- Hazırda TV-də aparıcılıq etməklə pul qazanmaq mümkündür ? 

- Toylar yaxşı ki, var. Onun sayəsində dolanıram.

- Aparıcı, bəstəkar. Bunun davamına aktyor da əlavə etmək olarmı? Aktyor kimi özünüzü sınamaq istəmirsiniz ki?

- Deyilənə görə yaxşı rejjisor məndən bəhrələnə bilər. Bütün yaradıcı təkliflərə açığam

- “Eurovision” mahnı müsabiqəsinə sayılı günlər qalıb. Və siz artıq qaliblərin siyasını da özünüz üçün müəyyənləşdirmisiz. 1-ci yer İsveç, 7-ci isə Azərbaycan. Niyə məhz 10-luq bu cürdür?

- İlk üçlükdə İsveç, Rusiya, Britaniyanı ya da İtaliyanı görürəm. Diqqətimi bu ölkənin təmsilçiləri cəlb ediblər. Azərbaycan isə bu il bütün qüvvəsini təşkilatçılığa yönəldib və belə də olmalıdır.

 

Sevinc İLTİFATQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır