Modern.az

Hitler belə demişdir-2

Hitler belə demişdir-2

İqtisadiyyat

5 Aprel 2012, 11:06

Bu ilin fevralında Adolf Hitlerin “Mənim savaşım” (Mein Kampf) adlı kitabının birinci hissəsi ilə bağlı fikirlərimi bu başlıq altında oxuculara təqdim etmişdim. Onu da qeyd etmişdim ki, bu, heç də mənim bu insanlıq cəlladına rəğbətimdən irəli gəlmir. Sadəcə, düşmən olsa belə, onun bəzi fikirləri mənə çox maraqlı və günümüz Azərbaycanı üçün keçərli göründüyündən qələmə almaq qərarına gəlmişdim.

İndi də həmin kitabın ikinci hissəsini oxuyub bitirdim. Və son qənaətim bu oldu ki, Hitlerin təsvir etdiyi 20-ci yüzil başlarındakı Almaniya və Avstriya bu günün Azərbaycanından heç də yaxşı durumda olmayıbmış. Hətta bəzən bizdən qat-qat aşağı durumda olub. Kobud şəkildə desək, bu günün Azərbaycanı yüz il öncəsinin Almaniyasından irəli gedə bilməyib hələ də. Əlbəttə ki, söhbət daha çox ideoloji və təfəkkür tərzindən gedir. Ona görə də düşünürəm ki, Hitlerin fikirlərinin ikinci qismini də oxucularla paylaşmaqda yarar var.

“Siyasətçilər seçki keçirildikdən və 5 illik rahat yaşayışları təmin olunduqdan sonra artıq xalqı unudurlar və daha böyük, daha gözəl vəzifələrə can atmağa başlayırlar.” – Məgər şərhə gərək varmı?

“Bütün burjua partiyalarında siyasi fəaliyyət əslində parlamentdə bir neçə kreslo qapmaq qovğasından ibarətdir.” – Burjua sözünü günümüz Azərbaycanının başqa bir sözü ilə əvəz etmək olar.

“Bir ölkəni ələ keçirən bir millət dilini zor gücünə məğlub olanlara qəbul etdirə bilər. Fəqət min il sonra bu dil yeni bir millət tərəfindən danışılmağa başlanar və qalib millət tam mənasında məğlub duruma düşər.” – Başımıza gələn əhvalatdır.

“Bir dövlətin dəyəri haqqında veriləcək hökm, dünya tarixində oynayacağı rolun əhəmiyyəti ilə deyil, millətinə verəcəyi xeyirə görə müəyyənləşər.” – Bunu da iqtidar başında olanlar diqqətə alsın.

“Mövcud sistemimiz idealdan və soyluluqdan məhrumdur.” – Çox ağır ifadədir.

“…dövlət sağlam bir qadının çox uşaq yetişdirmək kimi allahın verdiyi lütfü və qabiliyyəti hökumətin maddi köməyi ilə dəstəkləməlidir.” – Bu gün Azərbaycanda mütləq diqqətə alınmalı bir fikirdir.

“Əlimizdən çıxan hər şeyi ancaq milli enerji daşqınlığı, müstəqillik eşqi və ehtiras dolu bir çalışqanlıqla geri ala bilərik.” – Şəxsən mənim də inancım bu cürdür.

“Gənc qız əsgər olanı əsgərliyə getməyəndən daha üstün tuturdu.” – Bu düşüncə tərzi bizə də hakim olmalıdır.

“…ordu gənclərə yalnız əmrləri icra etməyi öyrətməklə kifayətlənməməlidir, eyni zamanda, lazım olarsa, həm də onlarda əmr vermək qabiliyyətini inkişaf etdirməlidir.” – Mütləq!

“Bir müəllim bayağı xəbərçilik vərdişkarlığını qızışdıraraq şagirdlərin dəcəlliyi haqqında xəbər toplamağa yönəlməməlidir.” – Bu da bizim cəmiyyət üçün keçərlidir.

“Bir yoldaşının etdiklərini xəbər verən uşaq bunu adət halına gətirir və gələcəkdə vətənə aid olan bir sirri də faş edə bilər.” – Çox yerində deyilib.

“Hər hansı bir şəraitin sonunda öldürücü bir təhlükənin olduğu açıqca bilinirsə, uğur gətirəcək hərəkət ancaq bir qəhrəmanlıq hərəkəti ola bilər.” – Başqa cür mümkün də deyil!

“Dövləti ən atəşli vətənpərvərlik və köklü bir millət sevgisi və həyəcanı ilə dolu olan almanların meydana gətirəcəkləri canlı divarlar qoruyacaqdır.” – Bu duyğulardan məhrum toplum dövlətini qoruya bilməz.

“…millətin yarısı çox pis həyat tərzi yaşayırsa və bəzi qorxular içərisində isə və yaxud əxlaqca pozulmuş və beləcə də yaşayırsa, onda fərdlər belə bir millətin bir nümayəndəsi olmaqdan qürur duya bilməz.” – Qürur duyanlara duyurulur…

“Səfil bir slavyan, bir qələm oynadılması ilə həqiqi(!) “alman”a çevrilir.” – Ermənilərin ad, soyad dəyişikliyi ilə “Azərbaycanlı” olması örnəklərini az görmədik.

“…zorlama ancaq zorlama ilə, terror ancaq terrorla məhv edilə bilər.” – Qarabağı ermənilərdən almanın tək yolu!

“Hökumət məmurları bir toplantını qarışdırmaq istəyənlərin olduğu xəbərini alanda, qaydaları pozanları həbs etmək yerinə günahsız adamları toplantılarına davam etməkdən məhrum edirdi.” – Buna bənzər olayları biz də az görmədik.

“…toplantıların hüquq mühafizə orqanlarının nəzarətində keçirilməsi toplantını düzənləyən liderlərin xalqın gözündəki ehtiramını zədələməyə xidmət edir.” – Yüzdə yüz qatılıram bu fikrə!

“…əvvəldən xəbər verilən inqilablar elə rüşeym halında ikən ölürdü.” – Başımıza gəlib.

“…durumdan xilas olmaq üçün lazım olan işləri görmə cəsarəti olmayan millətlərə ancaq zavallı damğası vurmaq mümkündür.” – Bunu da düz deyir.

“Əsl simasızlıq yeni bir partiya quraraq əsas partiyadan ayrılan bəzilərinin daha sonra birlikdən və birliyin əhəmiyyətindən danışmalarıdır.” – Örnəklərini az görmədik Azərbaycanda.

“Yüksək vəzifəli məmurlar, polis rəisləri, hətta nazirlər özlərinə “rəzil” dedirtdirəcək bir xaraktersizliklə “vətənsevər” maskasına bürünərək biz nasional sosialistlərin marksistlərlə olan mübarizəmizdə ən alçaq üsullarla qırmızılara xidmət edirdilər.” – Oho! Bu da tanış görüntüdür axı.

“Böyük oğrular sərbəst və cəzasız qaldıqları müddətcə kiçik oğrular tutulmamalıdır.” – Korrupsiya ilə mübarizə məsələsi.

“…hamı öz məzhəbinə mənsub olanın başqa məzhəblərlə mübarizə aparmasının qarşısını almalı və başqa məzhəb mənsubları ilə birlikdə xristianlığa qarşı mübarizə aparmağı planlaşdıran saxtakarlarla qovğa etməlidir.” – Burada “xristian” sözünü “islam” sözü ilə əvəz etmək olar.

“Əsgər dünyaya gəldiyi torpağın sərhədlərini yox, vətənin sərhədlərini qoruyacaq şəkildə öyrədilməlidir.” – Vətən yalnız bir insanın dünyaya gəldiyi torpaqların sərhədləri içində olmaz ki…

“Daha yaxşısını etməyə qabil olmadan mövcud vəziyyəti alt-üst etməyə cəhd etməyə gəlincə, bu, tamamilə mənasız bir şeydir.” – İkidə bir inqilab yelləri əsdirdiklərini iddia edənlər üçündür.

“İtirilmiş torpaqlar hiyləgər dilləri ilə anqıran parlamentarilərin edəcəyi çıxışlarla geri alına bilməz. İtirilmiş torpaqları yaxşı itilənmiş kəskin qılıncla, yəni qanlı savaş bahasına xilas etmək lazımdır.” – Haqq sözə nə deyəsən?

“…biz bütün tariximiz boyunca heç bir zaman düşmənlərimizin güclü olduğu səbəbilə məğlub olmadıq. Biz hər zaman öz səhvlərimiz ucbatından və içimizdə olan düşmənlər tərəfindən məğlub edildik.” – Bu da başımıza gələnlərdəndir təəssüf ki.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?