Bu gün Milli Məclisin yaz sesiyasının növbəti iclası keçirilir. Modern.az saytı xəbər verir ki, iclasda İsa Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılıb.
Milli Məclis 102 lehinə səs lehinə olmaqla İsa Nəcəfovu 15 il müddətinə Konsitutsiya Məhkəməsinin hakimi təyin edib.
Qeyd edək ki, İsa Nəcəfov 2002-ci ildə 10 il müddətinə Konsitutsiya Məhkəməsinin hakimi seçilmişdi. Onun səlahiyyət müddəti başa çatmışdı.
Modern.az xəbər verir ki, İsa Nəcəfov bu gün hakim kimi Milli Məclisdə and içib.
Modern.az