Modern.az

“Azərsu”-da yeni departament yaradılıb

“Azərsu”-da yeni departament yaradılıb

6 Aprel 2012, 17:18

Modern.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsini təmin etmək məqsədilə idarəetmə sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində tədbirləri davam etdirir. İstehlakçılara  göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və nəzarət sisteminin gücləndirilməsi üçün “Azərsu” ASC-nin idarə və müəssisələrində struktur islahatları aparılır. Bu islahatların tərkib hissəsi olaraq “Azərsu” ASC sədrinin 02 aprel 2012-ci il tarixli 70 nömrəli əmri ilə “Bakı Sukanal” İdarəsinin “Bağlar Sukanal” Departamenti yaradılıb.

Yeni yaradılan departament Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarının, Sumqayıt və Abşeronun bağ massivlərindəki, həmçinin Novxanı, Fatmayi, Goradil, Mehdiabad, Məhəmmədi, Yeni Məhəmmədi, Digah, Pirşağı və Kürdəxanı qəsəbələrindəki abunəçilərə xidmət göstərəcək. İndiyə qədər bu ərazilərə Binəqədi və Sabunçu Sukanal Departamentləri, Sumqayıt və Abşeron Sukanal İdarələri xidmət göstərirdi.

Qeyd edək ki, bu ərazilərdə 22 min 700 abunəçi vardır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu