Modern.az

Dünyanın ən yüksək göydələninin açılışı olub

Dünyanın ən yüksək göydələninin açılışı olub

Təhsil

4 Yanvar 2010, 23:54

Dekabrın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən yüksək göydələninin açılışı olub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Burc Dubay” adlanan bu bina 800 metr hündürlüyündədir və onun 160 mərtəbəsi var.

 

Bina 26 min şüşə paneldən obarətdir və ofis və mənzillər üçün 500 min kvadrat metrlik əraziyə malikdir.

 

Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanməşdı.

 

Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun “Taipei 101” binasından daha hündür olması dəqiqdir.

 

Binanın tikintisi 1.5 milyard dollara başa gəlib.

 

Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir.

 

Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək.

 

İşərisinin tikintisi tam başa çatmasa da, ərəb dilində qala mənasını verən Burc Dubay şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.

 

Açılış mərasimində 60 min qonaq iştirak edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi